Pleyeri seçin:

İlham Əliyev və Mehriban Əliyeva "Hilton Garden Inn" hotelində tikinti işləri ilə tanış olub

18 fevral 2025 433 baxış

Prezident İlham Əliyev fevralın 18-də Ağdam şəhərinə səfər edib.

Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda “Hilton Garden Inn” hotelində aparılan tikinti işləri ilə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma hoteldə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, “Hilton Garden Inn” hoteli Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub.

Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var, qonaqların zövqünü oxşayan interyer işləri görülüb.

Bildirilib ki, hoteldə işlərin icrası 60 faiz yerinə yetirilib. “Hilton Garden Inn” hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri və “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar.

Prezident İlham Əliyev həmçinin fevralın 18-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına Mərkəzdə görülən işlər barədə məlumat verib.

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi

Siyasət
06 sentyabr 2026 433 baxış
Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV

Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV

Siyasət
06 sentyabr 2026 433 baxış
150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
05 sentyabr 2026 433 baxış
Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Siyasət
05 sentyabr 2026 433 baxış
"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

Siyasət
05 sentyabr 2026 433 baxış
Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Siyasət
05 sentyabr 2026 433 baxış
"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

Siyasət
05 sentyabr 2026 433 baxış
Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Siyasət
05 sentyabr 2026 433 baxış
“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

Siyasət
05 sentyabr 2026 433 baxış
Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Siyasət
05 sentyabr 2026 433 baxış
Seçilmişlər
icon