Pleyeri seçin:

İlham Əliyev və Monteneqro Prezidenti arasında önəmli müzakirə

14 noyabr 2024 480 baxış

Prezident İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviçlə görüşüb.

Yakov Milatoviç COP29-un yüksək səviyyədə keçirilməsi münasibətilə dövlət başçısını təbrik edərək vurğulayıb ki, COP29-u uğurlu tədbir adlandırmaq olar.

O, burada 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyini deyib və qeyd edib ki, COP eyni zamanda Azərbaycanın nailiyyətlərini dünyada göstərir.

Yakov Milatoviç vurğulayıb ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib.

Qonaq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd edərək, ölkəmizin çox böyük və unikal inkişaf yolu keçdiyini məmnunluqla vurğulayıb.

Azərbaycanın COP29-u qısa müddət ərzində təşkil etdiyini deyən İlham Əliyev bildirib ki, ölkəmiz COP-a sədrliyə başladığı vaxtdan bizə qarşı “feyk news” və qarayaxma kampaniyasına start verilib. Bu kampaniyada elə təqdim edilir ki, guya Azərbaycan ətraf mühiti çirkləndirir. Amma reallıq belə deyil. Dövlət başçısı deyib ki, bəzi dairələr Azərbaycanın uğurlarını, inkişafını və müstəqil siyasətini həzm edə bilmirlər.

İlham Əliyev Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini xatırladıb. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən dövlət başçısı qeyd edib ki, ermənilər həmin ərazilərimizi minalayıblar, müharibə bitəndən indiyədək 300-ə qədər Azərbaycan vətəndaşı minaların partlaması səbəbindən ya həlak olub, ya da ağır yaralanıb. İşğal dövründə Ermənistan şəhərlərimizi və kəndlərimizi dağıdıb.

Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, turizm, sərmayələr sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Monteneqro Prezidenti dövlət başçısını ölkəsinə, Azərbaycan Prezidenti isə Monteneqronun dövlət başçısını ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olunub.

Banner
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 480 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 480 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 480 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 480 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 480 baxış
Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV

Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV

Siyasət
04 noyabr 2026 480 baxış
Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Ermənistan Avropaya inteqrasiya yolunda Rusiyanın təsirindən qurtula biləcəkmi? - Baku TV

Siyasət
04 noyabr 2026 480 baxış
“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

“Bizi istəməyən ölkələr dedilər ki...” | Azərbaycanın növbəti strateji hədəfləri nələrdir? - Baku TV

Siyasət
04 noyabr 2026 480 baxış
Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Xudafərin körpüsündə hərbi texnika hərəkəti | SEPAH nə mesaj verir? - Baku TV

Siyasət
04 noyabr 2026 480 baxış
Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV

Siyasət
04 noyabr 2026 480 baxış
Seçilmişlər
icon