İlham Əliyev və Volodimir Zelenski Qəbələdə bir araya gəldi - Baku TV
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.
Aprelin 25-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Söhbət zamanı dövlət başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib.
Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən strateji sahədə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.
Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulanıb.
#İlham Əliyev teqi istifadə olunub
- “Biz Azərbaycandan 11 yardım paketi almışıq” | Volodimir Zelenski
- Azərbaycan və Ukrayna qarşılıqlı olaraq ölkələrin ərazi bütövlüyünü dəstəkləyir - Baku TV
- "İstərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq" | Volodimir Zelenski - Baku TV
- Hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olundu - Baku TV
- Azərbaycan-Ukrayna tərəfdaşlığı yeni mərhələdə - Baku TV
