Pleyeri seçin:

İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib

18 iyul 2025 364 baxış

İyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib.

Bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunub. Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur.

Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur.

Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılıb. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə təqdim olunan bütün güzəşt və azadolmalardan yararlanacaq.

İşğaldan azad edilmiş ərazilərdə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi bu ərazilərimizin iqtisadi potensialının reallaşdırılması, biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi kimi məsələlərdə çox mühüm rol oynayır. Bu ərazilərimizdə investor və sahibkarlar üçün əlverişli şərait yaradılır.

Ümumilikdə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasəti sistemli və ardıcıl şəkildə aparılır. Bu məsələdə isə texnoloji modernləşmə və innovativ istehsal sahələrinin artırılması əsas prioritetlərdəndir.

Bakıda çapılan qayalar, tikintilərin fəsadı: havadakı toz normanı 1,7 dəfə keçdi - AKTUAL GÜNDƏM

Bakıda çapılan qayalar, tikintilərin fəsadı: havadakı toz normanı 1,7 dəfə keçdi - AKTUAL GÜNDƏM

Siyasət
27 iyul 2026 364 baxış
"Birliyin Gücü - 2026" | Azərbaycan yeni hərbi əməkdaşlıq formatı yaradır? - HƏRBİ XRONİKA

"Birliyin Gücü - 2026" | Azərbaycan yeni hərbi əməkdaşlıq formatı yaradır? - HƏRBİ XRONİKA

Siyasət
26 iyul 2026 364 baxış
Böyük toqquşmanın ilk işarəsi: Qafan Forumunda kim kimə qarşı birləşdi? - AKTUAL GÜNDƏM

Böyük toqquşmanın ilk işarəsi: Qafan Forumunda kim kimə qarşı birləşdi? - AKTUAL GÜNDƏM

Siyasət
25 iyul 2026 364 baxış
Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - Baku TV

Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - Baku TV

Siyasət
25 iyul 2026 364 baxış
Prezident İlham Əliyev Milix Yevdayevin təltif edilməsi barədə sərəncam imzaladı - Baku TV

Prezident İlham Əliyev Milix Yevdayevin təltif edilməsi barədə sərəncam imzaladı - Baku TV

Siyasət
25 iyul 2026 364 baxış
İlham Əliyev səfirlərin təyinatı ilə bağlı sərəncam imzalayıb - Baku TV

İlham Əliyev səfirlərin təyinatı ilə bağlı sərəncam imzalayıb - Baku TV

Siyasət
24 iyul 2026 364 baxış
İran Zəngəzurda hərəkətə keçdi: TRIPP layihəsinə qarşı diplomatik cəbhə qurulur? - AKTUAL GÜNDƏM

İran Zəngəzurda hərəkətə keçdi: TRIPP layihəsinə qarşı diplomatik cəbhə qurulur? - AKTUAL GÜNDƏM

Siyasət
24 iyul 2026 364 baxış
Türk dünyasını xarici güclər ayırır, yoxsa əsas maneələr elə öz daxilimizdədir? - AKTUAL GÜNDƏM

Türk dünyasını xarici güclər ayırır, yoxsa əsas maneələr elə öz daxilimizdədir? - AKTUAL GÜNDƏM

Siyasət
24 iyul 2026 364 baxış
Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi - Baku TV

Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi - Baku TV

Siyasət
23 iyul 2026 364 baxış
ABŞ-nin İrana təzyiqi artır: Tehran Ermənistanla koordinasiyanı niyə gücləndirir? - AKTUAL GÜNDƏM

ABŞ-nin İrana təzyiqi artır: Tehran Ermənistanla koordinasiyanı niyə gücləndirir? - AKTUAL GÜNDƏM

Siyasət
23 iyul 2026 364 baxış
Seçilmişlər
icon