İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak etdi
Prezident İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov aqropark barədə dövlət başçısına məlumat verib. Ümumi sahəsi 2,807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır.
Aqropark İqtisadiyyat Nazirliyinin “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində yaradılıb. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla – su, enerji, qaz və yolla təmin ediliblər. Rezidentlər həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar.
Səmərəliliyin artırılması üçün aqroparkda “ağıllı” idarəetmə sistemi tətbiq olunur. Bu məqsədlə əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları qurulub.
Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV CANLI
- Prezident İlham Əliyev Milix Yevdayevin təltif edilməsi barədə sərəncam imzaladı - Baku TV
- İlham Əliyev səfirlərin təyinatı ilə bağlı sərəncam imzalayıb - Baku TV
- Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi - Baku TV
- Prezident İlham Əliyev fərman imzaladı - Baku TV
