Siyasət
Pleyeri seçin:

İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak etdi

02 iyul 2024

Prezident İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verib.

Bildirilib ki, “Zəngilan” Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq.

Bakı gəmiqayırma zavodunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün “Zəngilan” tipli daha üç tankerin inşası da nəzərdə tutulur. Bununla bağlı sifarişlər alınıb və müvafiq müqavilələr imzalanıb.

Tanker barədə İlham Əliyevə məlumat verən Rauf Vəliyev bildirib ki, nadir dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Zəngilan”ın konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaq.

Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti 7875 ton təşkil edən tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. Yeni nəsil “Zəngilan” tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar ediləcək.

“Bakı Gəmiqayırma Zavodu”nun İdarə Heyətinin sədri Elşad Nuriyev dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirib ki, ümumilikdə 1046 nəfərin çalışdığı zavodda bir “Ro-Pax” tipli bərənin, iki tankerin və bir dibdərinləşdirən gəminin inşası davam etdirilir. İki tanker, dörd dalğıc və üç sürətli sərnişin gəmisi layihəndirmə, dörd quru yük gəmisi, bir patrul gəmisi və bir yanğınsöndürmə gəmisi isə müqavilə mərhələsindədir. Zavod beş ticarət və səkkiz xidmət gəmisi ilə bağlı müqavilələr imzalayıb.

Sonra dövlət başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdü | Əsas gözləntilər nələrdir?

Siyasət
22 noyabr 2024
Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini COP29-la bağlı təssüratlarını bölüşdü

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

BMT-nin Baş katibi COP29-la bağlı paylaşım etdi | Önəmli müzakirələr aparıldı

Siyasət
22 noyabr 2024
Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Bunu etiraf etməsək… | COP29-da inkişaf etmiş ölkələrə çağırış

Siyasət
22 noyabr 2024
COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 12-ci günündə mühüm müzakirələr | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
22 noyabr 2024
"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

"Ermənilər xizəksürmə üzrə Ermənistan çempionu Elbəy Novruzovu qətlə yetirdilər"

Siyasət
22 noyabr 2024
COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

COP29 Sədrliyindən danışıqlarda son vəziyyətlə bağlı bəyanat | Həll yolunu tapmayan məsələlər üçün…

Siyasət
22 noyabr 2024
Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Moskva və Bakının yeni layihəsi | Putinin köməkçisi detalları açıqladı

Siyasət
22 noyabr 2024
Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Pərviz Şahbazov Türkiyədə nazir Alparslan Bayraktarla görüşdü

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon