İlham Əliyevdən Azərbaycanın tranzit imkanları ilə bağlı açıqlama
“Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Biz bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk”.
Bu barədə İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edərkən deyib.
“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.
Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb”, – dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan və İran prezidentlərinin görüşündən verilən mesajlar
- Prezidentin “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışı “Haber Global”ın gündəmində - Baku TV
- İlham Əliyevin Bişkek səfərinin pərdəarxası məqamları - AKTUAL GÜNDƏM
- Azərbaycan və İran prezidentlərinin görüşündəki səmimi anlar "Haber Global"ın gündəmində - Baku TV
- Azərbaycan və Türkiyə prezidentlərinin Bişkekdəki görüşü "Haber Global"da - Baku TV
