İlham Əliyevin Özbəkistanda rəsmi qarşılanma mərasimi
Avqustun 23-də Prezident İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Özbəkistanın dövlət bayraqlarının dalğalandığı meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan əsgərlərini salamlayıb. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
Dövlət başçıları birgə foto çəkdiriblər.
#İlham Əliyev teqi istifadə olunub
- Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV
- İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI
- İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR
- "BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV
- Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV
