Pleyeri seçin:

İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib - Baku TV

23 may 2026 508 baxış

Prezident İlham Əliyevin sosial media hesabında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı paylaşım edilib.

Dövlət başçısının “X” hesabındakı paylaşımda deyilir:

“Azərbaycan daha bir mühüm qlobal tədbirə – WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu. Bu, COP29-dan sonra ölkədə keçirilmiş ikinci ən böyük beynəlxalq toplantıdır.

Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də “UN-Habitat”ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik.

Təxminən 60 000 rekord sayda iştirakçı ilə WUF13 indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Seqmenti qlobal şəhər gündəliyinə daha böyük siyasi təkan verdi.

WUF13 çərçivəsində aparılan zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədin – Sədrin Xülasəsi və “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul olunması ilə nəticələndi. Urbisid, kultursid və ekosiddən əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı bərpa səylərinin yüksək qiymətləndirilməsindən qürur duyuruq. Bu səylər dünyanın digər postmünaqişə bölgələri üçün dəyərli nümunə kimi vurğulanır.

Forumdan irəli gələn və yekun sənədlərdə öz əksini tapan ideyalar – təmiz hava və dayanıqlı şəhər inkişafından tutmuş mədəni irsin qorunması və inkişaf etməkdə olan kiçik ada dövlətlərin ehtiyaclarınadək – qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək.

Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir”.

Banner
Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV

Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV

Siyasət
16 oktyabr 2026 508 baxış
Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV

Gürcüstanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - Baku TV

Siyasət
16 oktyabr 2026 508 baxış
Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV

Hindistanın yeni səfiri Prezident İlham Əliyevlə görüşüb - Baku TV

Siyasət
16 oktyabr 2026 508 baxış
İrəvandan Bakıya gözlənilməz təklif: Hansı ərazilər mübadilə olunacaq? - AKTUAL GÜNDƏM

İrəvandan Bakıya gözlənilməz təklif: Hansı ərazilər mübadilə olunacaq? - AKTUAL GÜNDƏM

Siyasət
16 oktyabr 2026 508 baxış
Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Siyasət
16 oktyabr 2026 508 baxış
Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI

Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI

Siyasət
16 oktyabr 2026 508 baxış
“Belə məsələni qaldırmaları gülüncdür” | Beynəlxalq təşkilatlar niyə ədalətli davranmır? - Baku TV

“Belə məsələni qaldırmaları gülüncdür” | Beynəlxalq təşkilatlar niyə ədalətli davranmır? - Baku TV

Siyasət
16 oktyabr 2026 508 baxış
Ermənistanın keçmiş rəhbərliyi üçün tarixi hesabat anı yaxınlaşır? - AKTUAL GÜNDƏM

Ermənistanın keçmiş rəhbərliyi üçün tarixi hesabat anı yaxınlaşır? - AKTUAL GÜNDƏM

Siyasət
16 oktyabr 2026 508 baxış
AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global"dan detallar

AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global"dan detallar

Siyasət
16 oktyabr 2026 508 baxış
Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Siyasət
16 oktyabr 2026 508 baxış
Seçilmişlər
icon