Pleyeri seçin:

İqtisadiyyat və siyasət: Azərbaycanın Davosdan güclənən mövqeyi | GLOBAL PANORAMA

08 fevral 2025 401 baxış

Baku TV-nin “Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki buraxılışında Azərbaycanın böyük önəm verdiyi, hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun əhəmiyyətindən danışılıb.

Bildirilib ki, Davos İqtisadi Forumu dünya iqtisadiyyatının gələcək inkişaf istiqamətlərinin, planetin iqtisadi inkişafla bağlı üzləşə biləcəyi problemlərin və onların həll yollarının müzakirə olunduğu, beynəlxalq əməkdaşlığın stimullaşdırıldığı və liderlər arasında dialoqun təşviq edildiyi qlobal platformadır.

Bu forum müxtəlif ölkələrin dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini, iş adamlarını və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək qlobal əməkdaşlıq üçün unikal imkanlar yaradır. Tədbirdə aparılan müzakirələr, qəbul edilən qərarlar qlobal iqtisadiyyatla bağlı siyasətin formalaşmasında mühüm rol oynayır, müxtəlif sahələrin inkişafına birbaşa təsir edir.

Qeyd olunub ki, builki Davos İqtisadi Forumunun əsas diqqətçəkən müzakirə obyektlərindən biri iqlim dəyişikliyi ilə mübarizə idi. Tədbir iştirakçıları yaşıl texnologiyalara sərmayələrin artırılması, karbon emissiyalarının azaldılması və iqlimə uyğunlaşma strategiyalarının sürətləndirilməsi üzrə razılaşmalara imza atıblar. Dünya liderləri bərpa olunan enerji mənbələrinin təşviqi və enerji keçidinin sürətləndirilməsi üçün konkret addımlar atmaq öhdəliyi götürüblər.

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakının ölkəmizin beynəlxalq arenadakı nüfuzunun daha da artırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb etməsi də diqqətə çatdırılıb.

“İlham Əliyevin Davosda keçirdiyi ikitərəfli görüşlərin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bu görüşlər həm siyasi, həm də iqtisadi baxımdan böyük önəm kəsb edir. Çünki görüşlərdə qarşılıqlı iqtisadi əlaqələrin, o cümlədən enerji əməkdaşlığının inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi, müxtəlif istiqamətlər üzrə çoxtərəfli əməkdaşlığın təşviqi, Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi layihələr, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, eləcə də ölkənin digər bölgələrində həyata keçirilən infrastruktur layihələri müzakirə olundu”, – deyə verilişdə bildirilib.

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib - Baku TV

Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib - Baku TV

Siyasət
07 mart 2026 401 baxış
Serbiya və Azərbaycan liderləri arasında telefon danışığının detalları - Baku TV

Serbiya və Azərbaycan liderləri arasında telefon danışığının detalları - Baku TV

Siyasət
07 mart 2026 401 baxış
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Baku TV

Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub - Baku TV

Siyasət
07 mart 2026 401 baxış
Nazir İranın Naxçıvana dron hücumlarını pisləyib - Baku TV

Nazir İranın Naxçıvana dron hücumlarını pisləyib - Baku TV

Siyasət
07 mart 2026 401 baxış
DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT

DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT

Siyasət
07 mart 2026 401 baxış
"TASNİM" kimlərin sifarişini yerinə yetirdi? | Naxçıvana hücuma saxta don geyindirənlərin ifşası

"TASNİM" kimlərin sifarişini yerinə yetirdi? | Naxçıvana hücuma saxta don geyindirənlərin ifşası

Siyasət
07 mart 2026 401 baxış
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - "Şübhəli məqamlar var" - Zərbənin bilinməyənləri

İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - "Şübhəli məqamlar var" - Zərbənin bilinməyənləri

Siyasət
06 mart 2026 401 baxış
İranın başına çuval keçirmiş mediası | Naxçıvana hücumu necə ört-basdır etmək istədilər? - Baku TV

İranın başına çuval keçirmiş mediası | Naxçıvana hücumu necə ört-basdır etmək istədilər? - Baku TV

Siyasət
06 mart 2026 401 baxış
SEPAH-ın planlaşdırdığı terror aktlarının qarşısı alınıb

SEPAH-ın planlaşdırdığı terror aktlarının qarşısı alınıb

Siyasət
06 mart 2026 401 baxış
Bakıda terrora hazırlıq: DTX SEPAH-ın izini sildi - Baku TV

Bakıda terrora hazırlıq: DTX SEPAH-ın izini sildi - Baku TV

Siyasət
06 mart 2026 401 baxış
Seçilmişlər
icon