Pleyeri seçin:

İsrail "erməni soyqırımı" gedişindən imtina edir - Baku TV

09 iyul 2026 627 baxış

İyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsünü dəstəkləyərək Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş verən hadisələrin “erməni soyqırımı” kimi tanınması məsələsini gündəmə gətirib.

“Haqqin.az” yazır ki, bu addım İsrail-Türkiyə münasibətlərindəki gərginlik fonunda atılıb və Ankara ilə münasibətləri daha da pisləşdirə biləcək siyasi jest kimi qəbul olunur.

Bu təşəbbüs Azərbaycan üçün də xoşagəlməz sürpriz olub. Çünki Azərbaycanla İsrail arasında uzun illərdir qarşılıqlı tərəfdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda Bakı əvvəllər Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində də vasitəçi rolunda çıxış edib.

Buna baxmayaraq, İsrail tərəfi bu qərardan əvvəl Bakını məlumatlandırmayıb və Azərbaycanın mövqeyini nəzərə almayıb. Azərbaycan isə bu məsələyə açıq və prinsipial reaksiya verən ilk ölkə olub. İyunun 29-da Xarici İşlər Nazirliyi bəyanat yayaraq İsrail hökumətinin qərarını ciddi narahatlıq doğuran addım kimi qiymətləndirib. Bəyanatda bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi faktların təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan kənar siyasi qərara çevrilməsi qəbuledilməzdir.

Azərbaycan XİN vurğulayıb ki, bu cür addımlar barışığa və qarşılıqlı anlaşmaya xidmət etmir, əksinə, mövcud ziddiyyətləri daha da dərinləşdirir və regionda davamlı sülh səylərinə mane olur. Bakı İsrail hökumətini bu qərara yenidən baxmağa çağırıb.

“Haqqin.az” xatırladır ki, İsraildə “erməni soyqırımı”nın tanınması məsələsi əvvəllər də bir neçə dəfə gündəmə gətirilib. Knessetdə müxtəlif illərdə bu mövzuda qanun layihələri və təşəbbüslər irəli sürülsə də, onlar ya bloklanıb, ya da qəbul olunmayıb. Səbəb isə İsrail hökumətlərinin belə bir addımın təkcə Türkiyə ilə deyil, Azərbaycanla münasibətlərə də zərər verəcəyini anlaması olub.

Təhlildə qeyd olunur ki, Azərbaycanın sərt və prinsipial mövqeyindən sonra İsrail daxilində də bu qərara qarşı çıxanlar artıb. Bir sıra ekspertlər və jurnalistlər hökumətin bu addımını İsrail üçün faydasız və diplomatik baxımdan riskli qərar kimi qiymətləndiriblər.

İsrailli ekspert Efraim İnbar bu təşəbbüsün Türkiyəyə qarşı siyasi jest kimi göründüyünü, lakin nəticədə Azərbaycanla münasibətlərə zərər vura biləcəyini bildirib.

Azərbaycanın mövqeyi İsrailin siyasi və diplomatik dairələrində ciddi rezonans yaradıb. Bakı müxtəlif kanallar vasitəsilə İsrail tərəfinə çatdırıb ki, bu təşəbbüs nə İsrailə fayda verir, nə də regionda sabitliyə xidmət edir. Əksinə, belə bir addım həm Türkiyə-İsrail, həm də Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir göstərə bilər.

Nəticədə isə təşəbbüsün daha da irəli aparılması faktiki olaraq dayandırılıb. Bu, Azərbaycanın siyasi çəkisinin və regional təsir imkanlarının real göstəricisidir.

Təhlildə gəlinən qənaət ondan ibarətdir ki, Azərbaycan bu məsələdə həm Türkiyə ilə qardaşlıq münasibətlərinə sadiqliyini, həm də İsraillə tərəfdaşlıq münasibətlərində prinsipial mövqe ortaya qoya bildiyini göstərib. Bakı bir daha nümayiş etdirib ki, dost ölkələrlə münasibətlərdə belə, milli maraqlar və tarixi həqiqətlər məsələsində açıq və qətiyyətli mövqe sərgiləyə bilir.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 627 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 627 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 627 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 627 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 627 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 627 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 627 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 627 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 627 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 627 baxış
Seçilmişlər
icon