İsrailin "erməni soyqırımı" ilə bağlı qərarına Azərbaycandan reaksiya - Baku TV
"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur".
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur:
"İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq. Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək".
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- XİN-dən Fransaya səfər planlaşdıran Azərbaycan vətəndaşlarına xəbərdarlıq - 24 SAAT
- XİN Fransadakı iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib - Baku TV
- Rəsmi Bakı Fransanın səsləndirdiyi iddialara nə cavab verdi? - Baku TV
- Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
