Pleyeri seçin:

Kanada və Azərbaycanı eyniləşdirən nələrdir? | BİZDƏN NƏ DANIŞIRLAR?

16 sentyabr 2024 215 baxış

Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, paytaxt Bakımızda start götürən elit yarışlardan olan "Formula 1"ə Azərbaycan ev sahibliyi etməklə iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha dünyaya nümayiş etdirib.

Başda Avropanın qlobal media şəbəkələri olmaqla bütün önəmli media resursları həm bu hadisəni, həm də ölkəmizin beynəlxalq arenada önəmli mövqeyini diqqətlə izləyiblər.

Türkiyənin “Anadolu Ajansı” oxucularına “Bakının küçələri səkkizinci dəfə “Formula 1” trekinə çevrilib” başlıqlı xəbər təqdim edib. Bildirilib ki, Azərbaycan artıq səkkizinci dəfə "Expect the unexpected", yəni "Gözlənilməzə hazır olun" şüarı ilə tarixi Bakı küçələrini "Formula 1" trekinə çevirib.

Bu il də dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının izdihamlı küçələrində təşkil olunan yarış maraqlı anlarla yaddaşlarda qalıb.

Yalnız Bakıya səfər edənlər deyil, həm də milyonlarla insan televizorları qarşısında "Formula 1" bolidlərinin qızğın mübarizəsini şəhərin mənzərəli küçələrində, UNESCO tərəfindən qorunan tarixi İçərişəhərin ətrafında, möhtəşəm Xəzər dənizinin sahillərində və Bakının müasir siluetində izləmək imkanı əldə ediblər.

Kanadanın “Open Canada” nəşrində enerji təhlükəsizliyi və geoiqtisadiyyat üzrə mütəxəssis, Kanada Enerji Araşdırmaları İnstitutunun, eləcə də Kanada Qlobal Münasibətlər İnstitutunun elmi əməkdaşı Robert Katlerin “Azərbaycan: “orta güc” kateqoriyası və çoxşaxəli diplomatiya” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə bildirilir ki, Azərbaycan və Kanada coğrafi və mədəni baxımdan fərqli olsalar da, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yarada biləcək bir çox ümumi cəhətləri bölüşürlər.

Kanada kimi, Azərbaycanda da dini tolerantlıq və multikulturalizm baxımından seçilən mədəniyyət var. Azərbaycan dünyada sünni və şiə müsəlmanların birlikdə ibadət etdikləri yeganə ölkədir. Həmçinin Azərbaycan və Kanada arasında ən bariz obyektiv ümumilik ondan ibarətdir ki, hər ikisi neft, təbii qaz və digər təbii sərvətlərlə zəngindir və onların əsas istehsalçılarıdır. 

"Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimindən görüntülər

"Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimindən görüntülər

Siyasət
17 dekabr 2025 215 baxış
İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü - Baku TV CANLI

İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü - Baku TV CANLI

Siyasət
17 dekabr 2025 215 baxış
Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM

Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM

Siyasət
17 dekabr 2025 215 baxış
Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR

Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR

Siyasət
17 dekabr 2025 215 baxış
Elektron siqaretlər niyə qadağan ediləcək? | ”Dövlət fiskal maraqları güdməyəcək” - Baku TV

Elektron siqaretlər niyə qadağan ediləcək? | ”Dövlət fiskal maraqları güdməyəcək” - Baku TV

Siyasət
17 dekabr 2025 215 baxış
Rəsmi Budapeşt niyə Ukraynadan üz döndərir? - Baku TV

Rəsmi Budapeşt niyə Ukraynadan üz döndərir? - Baku TV

Siyasət
17 dekabr 2025 215 baxış
"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

Siyasət
17 dekabr 2025 215 baxış
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 dekabr 2025 215 baxış
“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

Siyasət
16 dekabr 2025 215 baxış
AHİK-in sədri Sahib Məmmədovdan hesabat

AHİK-in sədri Sahib Məmmədovdan hesabat

Siyasət
16 dekabr 2025 215 baxış
Seçilmişlər
icon