Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım olacaq | İlham Əliyev - Baku TV
“Bu gün sizinlə həm təkbətək, həm geniştərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə olunmuşdur, konkret addımlar müəyyən edilmişdir. Bu gün qəbul edilmiş Birgə Bəyanat, əslində, bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Laos Prezidenti Thonqlun Sisulitlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib.
“Siyasi əlaqələrə gəldikdə, bu əlaqələr uzun illərdir uğurla inkişaf edir. Artıq 30 ildən çoxdur ki, aramızda diplomatik əlaqələr qurulmuşdur və bu illər ərzində bir çox beynəlxalq təşkilatlar çərçivəsində biz hər zaman həmrəylik göstəririk, qarşılıqlı dəstək göstəririk və bu, bu gün də belədir və əminəm ki, bundan sonra da belə olacaqdır”, – Azərbaycan Prezidenti deyib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım
- Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb - Baku TV
- Prezident İlham Əliyevdən TƏBİB-lə bağlı vacib fərman - Baku TV
- İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı sosial şəbəkə hesablarından icmal yayımlanıb - Baku TV
- Ərdoğandan təbrik mesajı: Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik - Baku TV
