Pleyeri seçin:

Leyla Əliyeva "İnsan Qardaşlığı Məclisi" tədbirində - Baku TV

04 fevral 2026 144 baxış

Fevralın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində "İnsan Qardaşlığı Məclisi" ("Human Fraternity Majlis") adlı tədbirdə iştirak edib.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olunub.

Sonra Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış ediblər.

Kardinal Corc Koovakad Papa XIV Leonun tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

"Zayed İnsan Qardaşlığı Mükafatı" barədə videoçarx nümayiş olunub.

"Qadın liderliyi insan qardaşlığının təməlidir" adlı panel sessiyada İndoneziyanın keçmiş prezidenti və Zayed mükafatı münsiflər heyətinin üzvü Meqavati Sukarnoputri, Livanın birinci xanımı Nehmat Aoun, Kolumbiyanın birinci xanımı Veronika Alkoser Qarsiya çıxış ediblər.

Panel sessiyada çıxış edən Leyla Əliyeva Azərbaycanda fərqli mədəniyyətlərə, dinlərə və ənənələrə hörmətin hər zaman həyat tərzinin ayrılmaz hissəsi olduğunu bildirib. O, uşaqların mehriban mühitdə və ali ailə dəyərləri ilə böyüdüklərini, bunun isə onları gələcəkdə güclü şəxsiyyət kimi formalaşdırdığını vurğulayıb.

Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan Leyla Əliyeva fond tərəfindən təkcə Azərbaycanda deyil, həm də Pakistan, Gürcüstan, Bosniya və Herseqovinada bir çox məktəblərin tikildiyini və ya əsaslı təmir edildiyini bildirib.

Yeni texnologiyaların inkişafı ilə təhsil sisteminin də dəyişməsinin vacibliyini vurğulayan Leyla Əliyeva bu prosesin artıq başladığını deyib.

O qeyd edib ki, həm valideynlər, həm də müəllimlər uşaqlara daha çox dəyər verməli, onlara hörmətlə yanaşmalı, onları dinləməyi bacarmalıdırlar.

Uşaqların sosial medianın mənfi təsirlərindən qorumağın əhəmiyyətinə toxunan Leyla Əliyeva hazırda Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq yetkinlik yaşına çatmayanları zərərli məlumatlardan qorumağın yollarının araşdırıldığını bildirib.

Tədbirdə həmçinin Pakistanın birinci xanımı Aseefa Bhutto Zardari çıxış edib.

ABŞ Ordusu 12 ölkənin adını açıqladı – Siyahıda Azərbaycan da var

ABŞ Ordusu 12 ölkənin adını açıqladı – Siyahıda Azərbaycan da var

Siyasət
17 mart 2026 144 baxış
Hikmət Hacıyevdən paylaşım | Qarabağa növbəti köç | Trampdan vacib açıqlama - YENİ BİR SƏHƏR

Hikmət Hacıyevdən paylaşım | Qarabağa növbəti köç | Trampdan vacib açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
17 mart 2026 144 baxış
WUF13 çərçivəsində "Təmiz Şəhər"ə mediatur təşkil olundu

WUF13 çərçivəsində "Təmiz Şəhər"ə mediatur təşkil olundu

Siyasət
17 mart 2026 144 baxış
Hikmət Hacıyev Azıx mağarası ilə bağlı paylaşım edib - Baku TV

Hikmət Hacıyev Azıx mağarası ilə bağlı paylaşım edib - Baku TV

Siyasət
17 mart 2026 144 baxış
Qalmaqallı dəhliz iddiası: Bakı və Ankara barədə nə deyildi? - BİZDƏN NƏ DANIŞIRLAR?

Qalmaqallı dəhliz iddiası: Bakı və Ankara barədə nə deyildi? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
16 mart 2026 144 baxış
İranla savaşda həlledici həftə: Hörmüz boğazı müharibənin taleyini müəyyən edəcək? - AKTUAL GÜNDƏM

İranla savaşda həlledici həftə: Hörmüz boğazı müharibənin taleyini müəyyən edəcək? - AKTUAL GÜNDƏM

Siyasət
16 mart 2026 144 baxış
Tramp avropalı müttəfiqlərinə təzyiqi artırır: NATO-nu pis gələcək gözləyir - AKTUAL GÜNDƏM

Tramp avropalı müttəfiqlərinə təzyiqi artırır: NATO-nu pis gələcək gözləyir - AKTUAL GÜNDƏM

Siyasət
16 mart 2026 144 baxış
WUF13 ilə əlaqədar hazırlıq işləri sürətlə davam edir - Baku TV

WUF13 ilə əlaqədar hazırlıq işləri sürətlə davam edir - Baku TV

Siyasət
16 mart 2026 144 baxış
XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Əraqçidən Hörmüz boğazı ilə bağlı açıqlama - YENİ BİR SƏHƏR

XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Əraqçidən Hörmüz boğazı ilə bağlı açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
16 mart 2026 144 baxış
Ceyhun Bayramov səudiyyəli həmkarı ilə nələri müzakirə etdi? - Baku TV

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
16 mart 2026 144 baxış
Seçilmişlər
icon