Pleyeri seçin:

Liderlərin müraciətləri səsləndirildi | Ərdoğanın mesajında diqqətçəkən məqam - Baku TV

29 iyun 2026 343 baxış

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nə start verilib.

Heydər Əliyev Mərkəzində “Türk Dünyası Həftəsi”nin rəsmi açılış mərasimi keçirilib.

20 ölkədən gələn türk alimləri və türkoloqlar əvvəlcə xatirə fotosu çəkdirib, daha sonra Qurultaya həsr olunan sərgi və qısametrajlı filmi izləyiblər.

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin Qırğızıstan, Qazaxıstan, Türkiyə və Özbəkistan liderlərinin iştirakçılara ünvanladıqları müraciətlər səsləndirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müraciətində Türkoloji Qurultayın 100 illiyinin məhz Bakıda keçirilməsinin rəmzi əhəmiyyət daşıdığını vurğulayaraq Azərbaycanın Türk dünyasının birliyinə və əməkdaşlığının güclənməsinə mühüm töhfələr verdiyini bildirib.

O, ortaq dil, tarix və mədəniyyət məsələlərinin 100 il sonra da aktuallığını qoruduğunu qeyd edib.

Rəsmi hissədən sonra iştirakçılar panel müzakirələrinə qatılıblar. Burada türk dövlətləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

“Türk Dünyası Həftəsi” iyulun 3-dək davam edəcək. Proqram çərçivəsində qonaqların Şuşa, Ağdam və Xankəndiyə səfəri, həmin şəhərlərdəki tarixi və mədəni abidələrlə tanışlığı da nəzərdə tutulub.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 343 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 343 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 343 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 343 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 343 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 343 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 343 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 343 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 343 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 343 baxış
Seçilmişlər
icon