Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkənin ən mühüm dövlət bayramlarından biri olan 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə öz rəsmi Instagram səhifəsində xalqa təbrik müraciəti ilə çıxış edib. Paylaşımda xalqın dövlət suverenliyini, azadlıq iradəsini və sarsılmaz birliyini özündə ehtiva edən bu tarixi günün əhəmiyyəti vurğulanır. Mehriban Əliyeva bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi qəlbdən təbrik edərək, hər bir vətəndaşa möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıb. O, həmçinin Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, ölkədəki sülh və əmin-amanlığın əbədi olmasını diləyən ifadələrlə müraciətini yekunlaşdırıb. Qeyd edək ki, 18 Oktyabr 1991-ci ildə Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etmişdir.
#Mehriban Əliyeva teqi istifadə olunub
- Prezident İlham Əliyev və Mehriban Əliyeva abidənin açılışında iştirak ediblər - Baku TV
- İlham Əliyev və Mehriban Əliyeva türbədə aparılan bərpa işləri ilə tanış olublar - Baku TV
- İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanın yeni Baş Planı ilə tanış olublar - Baku TV
- Naxçıvanda 307 qonaqlıq yeni mehmanxana kompleksi inşa ediləcək - Baku TV
- İlham Əliyev və Mehriban Əliyeva Naxçıvanda hərbi mərasimdə iştirak ediblər - Baku TV
