Misir səfirindən Fələstin üçün qlobal çağırış: "Susmaq artıq çıxış yolu deyil" | RƏSMİLƏR
“Rəsmilər” verilişinin budəfəki buraxılışının qonağı Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Houssam-Eldine Reda olub.
Səfir səfirlik fəaliyyəti dövründə əsas prioritet istiqamətlərdən danışaraq qarşıda Misir və Azərbaycan liderlərinin baxışını reallaşdırmaq kimi mühüm vəzifənin dayandığını bildirib. O, iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın daha da gücləndirilməsinin əsas məqsədlərdən olduğunu vurğulayıb.
Verilişdə Qəzza ilə bağlı mövcud vəziyyətə də toxunulub. Səfir Qəzza üzrə sülh razılaşmasından sonra Misirin vacib hesab etdiyi addımlar barədə danışaraq Fələstin xalqının əzablarının və ağır humanitar vəziyyətin dayandırılması üçün qlobal səviyyədə birgə fəaliyyətin zəruriliyini qeyd edib.
Müsahibə zamanı İsrail-HƏMAS münaqişəsi ilə bağlı Misirin mövqeyi diqqətə çatdırılıb, humanitar dəhlizin qorunub saxlanılmasının vacibliyi xüsusi vurğulanıb.
Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olub. Səfir misirli turistlərin Azərbaycana səfərlərinin artırılmasının hədəfləndiyini bildirib.
#Misir teqi istifadə olunub
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb - BAKU TV CANLI
- II Ramzesin heykəlinə aid 1,6 metrlik baş hissəsi aşkarlanıb
- Dünyanın yeddi möcüzəsindən birinin təsviri olan möhür tapılıb
- Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb
