Pleyeri seçin:

Naxçıvanın vurulması dünya mediasında | Müharibə daha çox ölkəyə yayılır? - BİZDƏN NƏ DANIŞIRLAR?

09 mart 2026 606 baxış

“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, İsveçin “Agenda Nexus” analitik platformasında bölgədə artan gərginlik fonunda Azərbaycanın təhlükəsizlik məsələlərinə həsr olunmuş məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, İranın martın 5-də Naxçıvana etdiyi dron hücumları mülki infrastrukturu hədəf alıb.

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev hücumları pisləyərək onları terrorizm aktı adlandırıb və ölkəsinin öz ərazisinə və ya mülki əhaliyə qarşı hücumlara dözməyəcəyini vurğulayıb. Dövlət başçısı təqsirkarların məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib və Ordunun təhdidlərə qətiyyətlə cavab verməyə hazır olduğunu bildirib.

Məqalədə həmçinin vurğulanır ki, Prezident İlham Əliyev Azərbaycanın qonşu dövlətlərə qarşı hücum əməliyyatları aparmadığını bildirib.

Müəlliflər qeyd edirlər ki, Azərbaycan son on ildə Silahlı Qüvvələrini əhəmiyyətli dərəcədə modernləşdirib. Müasir silah sistemləri, dronlar, Xüsusi Təyinatlı Qüvvələr və qabaqcıl kəşfiyyat imkanları ölkənin təhdidlərə operativ reaksiya verməsinə və sərhəd təhlükəsizliyini təmin etməsinə şərait yaradır.

Eyni zamanda Fransa hökuməti Naxçıvan Beynəlxalq Hava Limanına edilən dron hücumunu qətiyyətlə pisləyib.

Fransa Xarici İşlər Nazirliyinin saytında yayımlanan bəyanatda bildirilir ki, 2026-cı il martın 5-də səhər saatlarında Azərbaycanın Naxçıvan şəhərində yerləşən Naxçıvan Beynəlxalq Hava Limanı İran dronlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində dörd nəfərin yaralandığı qeyd olunur.

Rəsmi Paris baş vermiş hücumu ən sərt şəkildə pislədiyini bəyan edib, yaralanan şəxslərin tezliklə sağalmasını arzulayıb və bu hadisə qarşısında Azərbaycanla tam həmrəy olduğunu vurğulayıb.

Bəyanatda qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanına qarşı həyata keçirilmiş dron hücumu Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Fransa tərəfi hücumu əsassız və qəbuledilməz addım kimi qiymətləndirərək regionda sabitliyin qorunmasının və beynəlxalq hüquqa hörmətin vacibliyini bir daha vurğulayıb.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 606 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 606 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 606 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 606 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 606 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 606 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 606 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 606 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 606 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 606 baxış
Seçilmişlər
icon