Pleyeri seçin:

Özlərini media adlandıranlar… | Hikmət Hacıyev “Azadlıq radiosu”na çağırış etdi

12 noyabr 2024 553 baxış

“COP29 tədbirində Azərbaycandan yüzlərlə jurnalist iştirak edir. Eyni zamanda Azərbaycan Respublikasında qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq, “Azadlıq Radiosu”nun jurnalisti olaraq siz də iştirak edirsiniz. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasında qanunun aliliyi, o cümlədən də media azadlığı tam şəkildə təmin olunub”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azadlıq Radiosu”nun jurnalistinin sualını cavablandırarkən deyib.

“Əgər siz kiminsə həbsi ilə bağlı danışırsınızsa, gəlin qanunun aliliyindən danışaq. Adları çəkilən şəxslərin jurnalist fəaliyyəti ilə bağlı təqib halları baş verməyib. Burada qeyri-jurnalist fəaliyyəti ilə bağlı proseslərdən söhbət gedir. Kiminsə jurnalist olması qanunun aliliyinin pozulması anlamına gəlmir. Jurnalist olmaq qanundan üstün olmaq və yaxud da qanundankənar imtiyazlara sahib olmaq demək deyil. Sizin qeyd etdiyiniz şəxslərlə bağlı konkret rəqəmləri də qeyd edə bilərəm. Burada böyük məbləğdə qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Qanunsuz maliyyə dövriyyəsi Azərbaycan Respublikasının bir neçə fundamental əsaslı epizodlar üzrə qanunlarının pozulmasıdır. Özlərini media orqanı adlandıran təsisatlar belə qanunsuz maliyyə prosesində, maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarının pozulmasını dərk etmirlər”, – deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, “Azadlıq Radiosu” da başda olmaqla, özünü media təsisatı kimi təqdim edən bir sıra resurslar şou və populizm xarakterli təbliğatlarla məşğul olurlar.

“Ona görə də mən tövsiyə edərdim ki, peşəkar jurnalist roluna iddia edirsinizsə, gəlin iqlim maliyyələşməsi üzrə mövzular üzrə fundamental və əsaslı mövzulardan danışaq. Azərbaycan Respublikasının vətəndaşı olaraq ölkənin nailiyyətlərinə sevinməyi bacarmaq da bir yaxşı xüsusiyyətdir”, – H.Hacıyev qeyd edib.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 553 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 553 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 553 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 553 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 553 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 553 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 553 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 553 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 553 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 553 baxış
Seçilmişlər
icon