Pleyeri seçin:

Parlamentin buraxılması təşəbbüsü ilə bağlı detallar açıqlandı

20 iyun 2024 820 baxış

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət edəcəklər.

Bu barədə qərar iyunun 20-də YAP İdarə Heyətinin növbəti iclasında qəbul edilib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü ilin noyabr ayında Azərbaycan Konstitusiyasının müvafiq maddəsinə əsasən, Milli Məclisə növbəti seçkilər keçirilməlidir:

“Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

YAP-ın qurultayında Azərbaycanın gələcəyi ilə bağlı vacib açıqlamalar

YAP-ın qurultayında Azərbaycanın gələcəyi ilə bağlı vacib açıqlamalar

Siyasət
02 oktyabr 2026 820 baxış
Prezident sülh şəraitində hərbi gücün artırılmasının səbəblərini açıqladı - Baku TV

Prezident sülh şəraitində hərbi gücün artırılmasının səbəblərini açıqladı - Baku TV

Siyasət
02 oktyabr 2026 820 baxış
İlham Əliyev 1990-cı illərin Azərbaycanından danışdı - Baku TV

İlham Əliyev 1990-cı illərin Azərbaycanından danışdı - Baku TV

Siyasət
02 oktyabr 2026 820 baxış
İlham Əliyev Azərbaycanın keçmiş rəhbərləri haqqında danışdı - Baku TV

İlham Əliyev Azərbaycanın keçmiş rəhbərləri haqqında danışdı - Baku TV

Siyasət
02 oktyabr 2026 820 baxış
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - Baku TV CANLI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - Baku TV CANLI

Siyasət
02 oktyabr 2026 820 baxış
"Qələbələrimizin başlanğıcı YAP-ın təsis qurultayında baş verdi" | Prezidentdən tarixi dövrə baxış

"Qələbələrimizin başlanğıcı YAP-ın təsis qurultayında baş verdi" | Prezidentdən tarixi dövrə baxış

Siyasət
02 oktyabr 2026 820 baxış
Prezident Qarabağda strateji mövqelərin necə gücləndirildiyini açıqladı - Baku TV

Prezident Qarabağda strateji mövqelərin necə gücləndirildiyini açıqladı - Baku TV

Siyasət
02 oktyabr 2026 820 baxış
İlham Əliyev Azərbaycanın Zəfərə gedən yolda üzləşdiyi maneələrdən danışdı - Baku TV

İlham Əliyev Azərbaycanın Zəfərə gedən yolda üzləşdiyi maneələrdən danışdı - Baku TV

Siyasət
02 oktyabr 2026 820 baxış
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - Baku TV

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - Baku TV

Siyasət
02 oktyabr 2026 820 baxış
İlham Əliyevin çıxışında Azərbaycanın gələcəyi ilə bağlı hansı məqamlar vurğulanıb? - Baku TV

İlham Əliyevin çıxışında Azərbaycanın gələcəyi ilə bağlı hansı məqamlar vurğulanıb? - Baku TV

Siyasət
02 oktyabr 2026 820 baxış
Seçilmişlər
icon