Pleyeri seçin:

Paşinyan gizli tapşırıq verdi | Azərbaycanla bağlı vacib iclas

09 aprel 2024 343 baxış

Aprelin 9-da Ermənistan parlamentində Azərbaycanla bağlı fövqəladə iclas keçiriləcək.

Yerli medianın yaydığı məlumata görə, iclasda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Qazaxın kəndlərinin qaytarılması mövzuları müzakirə ediləcək.

Bundan əvvəl müxalifət fraksiyası tərəfindən parlamentin fövqəladə iclasının keçirilməsi və ölkənin xarici işlər naziri Ararat Mirzoyanla Baş nazirin müavini, delimitasiya komissiyasının sədri Mqer Qriqoryanın hesabat verməsi təklif edilib.

Ararat Mirzoyan və həmkarı Mqer Qriqoryan onların təklifini qəbul edib. Lakin iclasın açıq formatda keçirilməsi barədə təklif hakim fraksiya tərəfindən rədd edilib və toplantı qapalı keçiriləcək.

Daha bir erməni nəşrinin yazdığı informasiyaya görə isə Baş nazir Nikol Paşinyan da sözügedən sessiyada iştirak edə bilər. Qeyd olunub ki, parlamentin gündəliyinə ümumilikdə 25 məsələ daxil edilib. Bu məsələlərdən biri də hökumətin 5 illik planının icrasının hesabatı ilə bağlıdır. Bu halda hesabatı hökumətin rəhbəri Nikol Paşinyan təqdim etməlidir.

Nəşrin məlumatına görə, N.Paşinyanın iştirak edəcəyi sessiyada bütün deputatların iştirakı tələbi qoyulub. “Sessiyanın Brüsseldə baş tutan uğursuz səfərdən sonra keçirilməsi isə hakimiyyəti çətin vəziyyətdə qoya bilər.

Buna görə də hakim fraksiyanın deputatlarına tapşırılıb ki, öz çıxışları və sualları ilə ölkənin gündəmini dəyişsinlər”, – deyə nəşr yazıb.

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotelin açılışında iştirak ediblər - Baku TV

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotelin açılışında iştirak ediblər - Baku TV

Siyasət
17 sentyabr 2026 343 baxış
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV

İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - Baku TV

Siyasət
17 sentyabr 2026 343 baxış
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - Baku TV

Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - Baku TV

Siyasət
17 sentyabr 2026 343 baxış
Paşinyan Azərbaycanla sərhəddə yerləşən anklavlarla bağlı açıqlama verdi - Baku TV CANLI

Paşinyan Azərbaycanla sərhəddə yerləşən anklavlarla bağlı açıqlama verdi - Baku TV CANLI

Siyasət
17 sentyabr 2026 343 baxış
Dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV

Dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV

Siyasət
17 sentyabr 2026 343 baxış
Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV

Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV

Siyasət
17 sentyabr 2026 343 baxış
“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans

“Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans

Siyasət
17 sentyabr 2026 343 baxış
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV

Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV

Siyasət
17 sentyabr 2026 343 baxış
Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Bakıda beynəlxalq konfrans | Əsas müzakirə mövzusu nə oldu? - Baku TV

Siyasət
16 sentyabr 2026 343 baxış
Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Siyasət
16 sentyabr 2026 343 baxış
Seçilmişlər
icon