Prezident İlham Əliyev həmkarı Thonqlun Sisuliti qarşıladı - Baku TV
Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verib.
Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Sonda dövlət başçıları rəsmi foto çəkdiriblər.
#İlham Əliyev teqi istifadə olunub
- Laos Prezidenti Bakıda Prezident İlham Əliyevlə görüşəcək | Səfər barədə detallar - Baku TV
- Zelenski Trampın planına qarşı çıxdı? | Sergey Lavrovdan sərt açıqlama - YENİ BİR SƏHƏR
- Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV
- Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV
- "ASAN" dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur" | Prezident - Baku TV
