Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dövlət katibini qəbul etdi
Prezident İlham Əliyev noyabrın 12-də Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolinlə görüşüb.
Söhbət zamanı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dostluq və harmoniya şəraitində yaşaması məmnunluqla qeyd olunub.
Dövlət başçısı vurğulayıb ki, ölkəmizdə multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, eyni zamanda bizim həyat tərzimizdir.
Müqəddəs Taxt-Tacın Dövlət katibi Azərbaycanda ikinci Katolik kilsəsinin layihələndirilməsi və tikilməsi prosesinə görə təşəkkürünü bildirib. Bu, ölkəmizdə multikulturalizmə və dinlərarası dialoqa verilən töhfənin nümunəsi kimi dəyərləndirilib.
Prezident İlham Əliyev qədim xristian irsi olan Alban irsinin də Azərbaycanda dövlət tərəfindən qorunduğunu deyib və ölkəmizin ən erkən və qədim xristian icmalarının yaşadığı məkan olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Vatikanda və dünyanın müxtəlif regionlarında xristian irsinin bərpasına verdiyi töhfə yüksək qiymətləndirilib.
Azərbaycanla Vatikan arasında əlaqələrdən məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib
- İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV
- İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər
- "Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV
