Pleyeri seçin:

Prezident İlham Əliyev Xocalıda görülən işlərlə tanış oldu

18 iyul 2025 178 baxış

Prezident İlham Əliyev Xocalı rayonunun Təzəbinə kəndində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub.

Dövlət başçısı əvvəlcə kəndə köçən Məhəmməd Fərəcovun evinə baş çəkib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına görülən və həyata keçiriləcək işlər barədə məlumat verib.

Bildirib ki, 2025-ci ilin sonunadək kənddə ümumilikdə 197 fərdi ev tikiləcək, növbəti il isə daha 159 evin inşası yekunlaşacaq. Artıq kəndə 28 ailə – 125 nəfər qayıdıb. Eyni zamanda müasir infrastruktur qurulur. 15 kilometrdən artıq elektrik və qaz xətləri çəkilib, su anbarı, rabitə şəbəkəsi, asfalt yollar və istirahət parkı salınıb. Məktəb, ambulatoriya və market binasında təmir işləri aparılır.

Daha sonra Prezident İlham Əliyev Xocalının Daşbulaq kəndində inşa olunmuş yeni kərpic zavodunun açılışında iştirak edib. 8,5 milyon manatlıq layihə çərçivəsində yaradılan zavodda 60 nəfər daimi işlə təmin olunub. Gələcəkdə bu sayın ikiqat artırılması planlaşdırılır.

İllik 16 milyon ədəd kərpic istehsal etmək gücünə malik müəssisədə müasir alman və Türkiyə texnologiyaları tətbiq olunur. Zavod həm iqtisadi inkişaf, həm də məşğulluğun artırılması baxımından işğaldan azad olunmuş ərazilər üçün mühüm əhəmiyyət kəsb edir.

Prezident daha sonra Xocalının Xanyurdu kəndinə gedib. Dövlət başçısı kəndə köçən sakinlər – Rasim Cavadov və Kərəm Abbasovun evlərində olub.

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

Siyasət
17 dekabr 2025 178 baxış
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 dekabr 2025 178 baxış
“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

Siyasət
16 dekabr 2025 178 baxış
AHİK-in sədri Sahib Məmmədovdan hesabat

AHİK-in sədri Sahib Məmmədovdan hesabat

Siyasət
16 dekabr 2025 178 baxış
Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Siyasət
16 dekabr 2025 178 baxış
Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Siyasət
16 dekabr 2025 178 baxış
Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara od püskürdü - Baku TV

Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara od püskürdü - Baku TV

Siyasət
16 dekabr 2025 178 baxış
Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Siyasət
16 dekabr 2025 178 baxış
Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb

Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb

Siyasət
16 dekabr 2025 178 baxış
Nazirlər Kabinetinin Həmkarlar İttifaqları Konfederasiyası ilə tərəfdaşlığı

Nazirlər Kabinetinin Həmkarlar İttifaqları Konfederasiyası ilə tərəfdaşlığı

Siyasət
16 dekabr 2025 178 baxış
Seçilmişlər
icon