Pleyeri seçin:

Prezident İlham Əliyevə Laçında gerçəkləşdirilən layihə barədə məlumat verildi - Baku TV

11 iyul 2026 178 baxış

Prezident İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib.

Bildirilib ki, layihəyə əsasən, Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.

Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.

“Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.

Qeyd edək ki, “Həkəriçay” su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi

Siyasət
06 sentyabr 2026 178 baxış
Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV

Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV

Siyasət
06 sentyabr 2026 178 baxış
150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
05 sentyabr 2026 178 baxış
Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Siyasət
05 sentyabr 2026 178 baxış
"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

Siyasət
05 sentyabr 2026 178 baxış
Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Siyasət
05 sentyabr 2026 178 baxış
"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

Siyasət
05 sentyabr 2026 178 baxış
Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Siyasət
05 sentyabr 2026 178 baxış
“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

Siyasət
05 sentyabr 2026 178 baxış
Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Siyasət
05 sentyabr 2026 178 baxış
Seçilmişlər
icon