Pleyeri seçin:

Prezident İlham Əliyev Ağdərədə “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib

13 yanvar 2026 275 baxış

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü" Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib.

"AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən su elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verib.

Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş "Qozlukörpü" Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb.

Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar eyni zamanda zərərli maddələrin suya qarışmasının qarşısını almaqla onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək - Baku TV

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək - Baku TV

Siyasət
21 aprel 2026 275 baxış
Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndərilib

Siyasət
21 aprel 2026 275 baxış
Azərbaycandan Ermənistana yanacaq ixracı | Detallar açıqlandı - Baku TV

Azərbaycandan Ermənistana yanacaq ixracı | Detallar açıqlandı - Baku TV

Siyasət
21 aprel 2026 275 baxış
Ağdam şəhərinə daha 92 ailə yola salınıb | ABŞ–İran danışıqları bərpa olunacaq? - YENİ BİR SƏHƏR

Ağdam şəhərinə daha 92 ailə yola salınıb | ABŞ–İran danışıqları bərpa olunacaq? - YENİ BİR SƏHƏR

Siyasət
21 aprel 2026 275 baxış
Orta Dəhliz Avropa üçün niyə əhəmiyyət daşıyır? - Baku TV

Orta Dəhliz Avropa üçün niyə əhəmiyyət daşıyır? - Baku TV

Siyasət
21 aprel 2026 275 baxış
Pakistanda danışıqların 2-ci raundu reallaşacaq? - Baku TV

Pakistanda danışıqların 2-ci raundu reallaşacaq? - Baku TV

Siyasət
20 aprel 2026 275 baxış
ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?

ABŞ və İran arasındakı gərginliyə Ermənistan necə reaksiya verdi? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
20 aprel 2026 275 baxış
Hər iki ölkənin səfirləri XİN-ə çağırıldı - Baku TV CANLI

Hər iki ölkənin səfirləri XİN-ə çağırıldı - Baku TV CANLI

Siyasət
20 aprel 2026 275 baxış
Bakı mühüm foruma ev sahibliyi edəcək | Tehran və Vaşinqton nəyi və kimi gözləyir? - YENİ BİR SƏHƏR

Bakı mühüm foruma ev sahibliyi edəcək | Tehran və Vaşinqton nəyi və kimi gözləyir? - YENİ BİR SƏHƏR

Siyasət
20 aprel 2026 275 baxış
Aleksandar Vuçiç İlham Əliyevə zəng edib | Prezidentlər hansı məsələlərdən danışdı? - Baku TV

Aleksandar Vuçiç İlham Əliyevə zəng edib | Prezidentlər hansı məsələlərdən danışdı? - Baku TV

Siyasət
19 aprel 2026 275 baxış
Seçilmişlər
icon