Pleyeri seçin:

Prezident Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb - Baku TV

11 iyul 2026 229 baxış

Prezident İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verib.

Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.

İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olublar. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərirdi.

Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.

Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Yeni qaz və su xətləri çəkilib, artezian quyusu bərpa edilib və hazırda 26 fərdi ev su şəbəkəsinə qoşulub, transformator məntəqəsi quraşdırılıb, elektrik hava xətləri bərpa olunub. Sakinlərin istirahəti üçün park və Bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Sonra Prezident İlham Əliyev kənd sakini Əsəd Əsədovun evində olub.

150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

150 türkiyəli sahibkarın İrəvan səfərinin arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Siyasət
05 sentyabr 2026 229 baxış
Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV

Siyasət
05 sentyabr 2026 229 baxış
"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

"Bu, Rusiyaya ağır zərbə oldu" | Moskva müharibədə hansı reallıqları nəzərə almalıdır? - Baku TV

Siyasət
05 sentyabr 2026 229 baxış
Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olundu

Siyasət
05 sentyabr 2026 229 baxış
"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

"Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV

Siyasət
05 sentyabr 2026 229 baxış
Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Ombudsman Azərbaycandakı erməniəsilli məhkumlarla bağlı ittihamlara necə reaksiya verdi? - Baku TV

Siyasət
05 sentyabr 2026 229 baxış
“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

“Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni

Siyasət
05 sentyabr 2026 229 baxış
Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Ermənistana bu dəfə nələr tədarük edildi? - Əməkdaşımız detalları açıqladı - Baku TV

Siyasət
05 sentyabr 2026 229 baxış
Corcia Meloni "X" sosial media hesabında paylaşım edib - Baku TV

Corcia Meloni "X" sosial media hesabında paylaşım edib - Baku TV

Siyasət
05 sentyabr 2026 229 baxış
İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib - Baku TV

İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib - Baku TV

Siyasət
04 sentyabr 2026 229 baxış
Seçilmişlər
icon