Pleyeri seçin:

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul etdi

12 mart 2025 414 baxış

Prezident İlham Əliyev martın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

Qonaqlar ilk növbədə COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil olunması və uğurla keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıblar.

Onlar iqlim gündəliyi və iqlim maliyyələşdirilməsi ilə əlaqədar çox vacib qərarların məhz Bakıda qəbul olunduğunu vurğulayıblar.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərinə COP29-da fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

COP29 zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən 16-dan artıq müxtəlif panelin təşkil edildiyini, həmçinin Mərkəzin ayrıca pavilyonunun fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı bütün bunların COP gündəliyinin irəli aparılması işinə töhfə verdiyini deyib.

Vayra Vike-Freyberqa və İsmail Serageldin qeyd ediblər ki, Mərkəz böyük Azərbaycan şairi Nizaminin məhz humanizm prinsiplərinə, ideyalarına və fəlsəfəsinə əsaslanaraq, dünya miqyasında humanizmin təşviqinə öz töhfəsini verir.

Dövlət başçısı vurğulayıb ki, Mərkəzin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfəsi əsasında dünya miqyasında həyata keçirdiyi fəaliyyəti təqdir olunur.

Bu təsisatın beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından aktiv şəkildə fəaliyyət göstərdiyini, onların həlli yollarının tapılmasına töhfəsini verdiyini deyən İlham Əliyev bu xüsusda XII Qlobal Bakı Forumunun əhəmiyyətini qeyd edib və bu tədbirin yeni dünya düzəninin formalaşdırılması ilə bağlı vacib mövzulara həsr olunduğunu vurğulayıb.

Forumda dünyanın müxtəlif regionlardan 400-ə yaxın nüfuzlu siyasi xadimin iştirak edəcəyini bildirən İsmail Serageldin tədbirdə qlobal aktual problemlərə, bu xüsusda çoxtərəfli diplomatiya və çoxqütblü dünya, BMT-nin gələcək üçün paktı, yeni dünya düzəninin formalaşdırılması, orta güclər və onların yeni dünya düzənində rolu, postmünaqişə dövründə bərpa-quruculuq işləri və bu kimi digər vacib mövzulara həsr edilən panel və müzakirələrin keçiriləcəyini bildirib.

İlham Əliyev 2026-cı ildə Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini deyərək bu çərçivədə də ölkəmizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT institutları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub.

Dövlət başçısı Mərkəzin İdarə Heyətinin üzvlərinin müxtəlif suallarını cavablandırıb. Görüş müzakirələrlə davam edib.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 414 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 414 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 414 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 414 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 414 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 414 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 414 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 414 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 414 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 414 baxış
Seçilmişlər
icon