Pleyeri seçin:

Prezident ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb

17 iyul 2026 218 baxış

Prezident İlham Əliyev iyulun 17-də Oman Sultanlığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı dost ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib və tərəfdaşlığın möhkəmləndirməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirib.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını dövlət başçısına çatdıraraq deyib ki, Oman Sultanı Prezident İlham Əliyevə möhkəm cansağlığı, ölkəmizə isə yeni uğurlar arzulayır.

Prezident İlham Əliyev xoş sözlərə və salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş edib.

Səfir bu günlərdə diplomatik münasibətlərimizin 35 illiyinin qeyd olunmasının önəmini vurğulayıb. O, Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfər zamanı keçirilmiş görüşlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunub, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini deyib.

Söhbət zamanı Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlıq qeyd edilib, birgə investisiya fondunun yaradıldığı bildirilib və gələcəkdə onun maliyyə imkanlarının artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bakıda Dördüncü İqlim Həftəsi öz işinə başladı - Baku TV

Bakıda Dördüncü İqlim Həftəsi öz işinə başladı - Baku TV

Siyasət
07 sentyabr 2026 218 baxış
"Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın ilk günündə nələr müzakirə edildi? - Baku TV

"Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın ilk günündə nələr müzakirə edildi? - Baku TV

Siyasət
07 sentyabr 2026 218 baxış
Dünyanın aparıcı hərbi şirkətləri Bakıya gəlir: “ADEX 2026” əvvəlkilərdən nə ilə seçiləcək?

Dünyanın aparıcı hərbi şirkətləri Bakıya gəlir: “ADEX 2026” əvvəlkilərdən nə ilə seçiləcək?

Siyasət
07 sentyabr 2026 218 baxış
Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV

Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV

Siyasət
07 sentyabr 2026 218 baxış
Əziz Səncərin "Şöhrət" ordeni ilə təltif edilməsi Türkiyə mediasında - Baku TV

Əziz Səncərin "Şöhrət" ordeni ilə təltif edilməsi Türkiyə mediasında - Baku TV

Siyasət
07 sentyabr 2026 218 baxış
Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV CANLI

Azərbaycan və Rusiya prezidentləri nələri müzakirə etdi? - Baku TV CANLI

Siyasət
07 sentyabr 2026 218 baxış
"Müsəlman ölkələri üçün də bir dua edərdiniz" | Xaricdə yaşayan azərbaycanlı din xadimləri Bakıda

"Müsəlman ölkələri üçün də bir dua edərdiniz" | Xaricdə yaşayan azərbaycanlı din xadimləri Bakıda

Siyasət
07 sentyabr 2026 218 baxış
"Uitkoff çox əminliklə vurğuladı ki..." | Moskva və Kiyev görüşləri barədə vacib şərh - Baku TV

"Uitkoff çox əminliklə vurğuladı ki..." | Moskva və Kiyev görüşləri barədə vacib şərh - Baku TV

Siyasət
07 sentyabr 2026 218 baxış
Ermənistandan Azərbaycana idxal | Ölkəmizə hansı məhsulların gətirilməsi mümkündür? - Baku TV

Ermənistandan Azərbaycana idxal | Ölkəmizə hansı məhsulların gətirilməsi mümkündür? - Baku TV

Siyasət
07 sentyabr 2026 218 baxış
Putin amerikalılarla nə danışdı? | Heqset İranı hədələdi | Hava kəskin dəyişəcək - YENİ BİR SƏHƏR

Putin amerikalılarla nə danışdı? | Heqset İranı hədələdi | Hava kəskin dəyişəcək - YENİ BİR SƏHƏR

Siyasət
07 sentyabr 2026 218 baxış
Seçilmişlər
icon