Pleyeri seçin:

Prezident Şuşadakı tarix-memarlıq abidəsi “Sadıqcanın evi”nin açılışında iştirak edib - Baku TV

11 iyul 2026 50 baxış

Prezident İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, Şuşa şəhərinin işğalı dövründə bina uzun müddət baxımsız qalıb, nəticədə dam örtüyündə, döşəmələrdə və daş hörgülərdə ciddi aşınma və dağıntılar baş verib. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnib, mühəndis-kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşüb.

Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, Şuşa şəhərində Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın – Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə vəsait ayrılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Şuşa şəhərində Sadıqcanın yaşadığı evə baxıblar. Bir il sonra dövlət başçısı burada icra ediləcək işlərin layihə konsepsiyası ilə tanış olub və 2024-cü ildə bu tarix-memarlıq abidəsində bərpa işlərinə başlanılıb.

Sadıqcanın zirzəmi və iki mərtəbədən ibarət ev-muzeyi Şuşa şəhərinin Sadıqcan küçəsində yerləşir. Sivri tağlı pəncərələr və giriş qapısının nisbətən iri daşlarla işlənməsi memarlıq baxımından binaya xüsusi gözəllik verir.

Sadıqcanın ev-muzeyi ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır. Burada Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın zəngin ədəbi-bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, həmçinin kafe, suvenir mağazası, qeydiyyat bölməsi və musiqi alətləri emalatxanası yaradılıb.

Dövlət başçısına “Əbədiyyətin səsi” əsəri barədə məlumat verilib.

Bildirilib ki, bu heykəltaraşlıq əsəri Azərbaycanın milli musiqi aləti olan tarın rəmzi-bədii interpretasiyasıdır. Kompozisiyada tarın simlərindən doğan ağac obrazı musiqinin torpaqdan qaynaqlandığını, milli yaddaşdan güc aldığını və yenidən həyata çevrildiyini ifadə edir. Ağac forması kök, davamlılıq və dirçəliş ideyasını simvolizə edir.

Əsər Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın zəngin mədəni irsinə ithaf olunub.

Burada musiqi yalnız səs deyil, həm də milli kimliyin, ruhun və tarixi yaddaşın daşıyıcısı kimi təqdim edilir. 

Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb - Baku TV

Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb - Baku TV

Siyasət
12 iyul 2026 50 baxış
Prezident İlham Əliyevə yaradılmış şərait haqqında məlumat verilib

Prezident İlham Əliyevə yaradılmış şərait haqqında məlumat verilib

Siyasət
12 iyul 2026 50 baxış
Sakinlər dövlətimizin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə ediblər

Sakinlər dövlətimizin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə ediblər

Siyasət
12 iyul 2026 50 baxış
İnfrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib

İnfrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib

Siyasət
12 iyul 2026 50 baxış
Prezident İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib - Baku TV

Prezident İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib - Baku TV

Siyasət
12 iyul 2026 50 baxış
Ermənilər özləri etiraf edirlər ki, 11–12 min fərariləri olub | Prezident İlham Əliyev - Baku TV

Ermənilər özləri etiraf edirlər ki, 11–12 min fərariləri olub | Prezident İlham Əliyev - Baku TV

Siyasət
11 iyul 2026 50 baxış
"Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik" | Azərbaycan Prezidenti - Baku TV

"Biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik" | Azərbaycan Prezidenti - Baku TV

Siyasət
11 iyul 2026 50 baxış
Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq | İlham Əliyev - Baku TV

Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq | İlham Əliyev - Baku TV

Siyasət
11 iyul 2026 50 baxış
Prezident və Kiçik Qaladərəsi kənd sakinləri arasında səmimi görüş olub - Baku TV

Prezident və Kiçik Qaladərəsi kənd sakinləri arasında səmimi görüş olub - Baku TV

Siyasət
11 iyul 2026 50 baxış
İlham Əliyev Xocavəndin Quzeyxırman kəndinin sakinləri ilə görüşdü - Baku TV

İlham Əliyev Xocavəndin Quzeyxırman kəndinin sakinləri ilə görüşdü - Baku TV

Siyasət
11 iyul 2026 50 baxış
Seçilmişlər
icon