Prezident təyyarəmizin vurulmasından danışdı | Bəzi məsələlər gün kimi aydındır, amma...
“Bizə aydındır ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb və yerdən açılan atəş nəticəsində zədələnib. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilib? Bu barədə bizdə hələ ki məlumat yoxdur”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.
“Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələrinin onlara eniş etmək üçün imkan verməyəcəklərini başa düşərək bu seçimi ediblər? Bu barədə hələ ki bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra hər şey məlum olacaq”, – dövlət başçısı əlavə edib.