Pleyeri seçin:

Prezident Xankəndidə Zəfər parkının açılışında 

24 dekabr 2025 515 baxış

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına və birinci xanıma parkda yaradılmış şərait barədə məlumat verib.

Ümumi sahəsi 9 hektar olan Zəfər parkının təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlət başçısı iyulda burada görülən işlərlə tanış olub.

Bildirilib ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb.

Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib.

Prezidentin Şamaxıya səfərinin yekunları

Prezidentin Şamaxıya səfərinin yekunları

Siyasət
18 sentyabr 2026 515 baxış
Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV

Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV

Siyasət
18 sentyabr 2026 515 baxış
Makron–Paşinyan xətti aktivləşdi: regionda yeni oyun başlayır? - AKTUAL GÜNDƏM

Makron–Paşinyan xətti aktivləşdi: regionda yeni oyun başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
18 sentyabr 2026 515 baxış
İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI

İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI

Siyasət
18 sentyabr 2026 515 baxış
İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR

İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR

Siyasət
18 sentyabr 2026 515 baxış
Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV

Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV

Siyasət
18 sentyabr 2026 515 baxış
"BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV

"BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 515 baxış
Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV

Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV

Siyasət
17 sentyabr 2026 515 baxış
"Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV

"Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 515 baxış
TDT-nin zirvə görüşləri niyə müntəzəm xarakter aldı? - Baku TV

TDT-nin zirvə görüşləri niyə müntəzəm xarakter aldı? - Baku TV

Siyasət
17 sentyabr 2026 515 baxış
Seçilmişlər
icon