Prezidentin Münxendə “Oracle” rəhbəri ilə görüşü
Prezident İlham Əliyev fevralın 13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin “Oracle” korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.
Söhbət zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə texnoloji transformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyata keçirilən siyasətə toxunulub, bu xüsusda “Oracle” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə razılaşmasının əldə edildiyi vurğulanıb.
“Oracle” şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanın müxtəlif aparıcı ali təhsil müəssisələrində üç “Oracle” akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə eyni zamanda Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edilib, bu xüsusda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunulub. Həmin sənəddə də ölkələrimiz arasında süni intellekt sahəsinin prioritet istiqamət kimi əks olunduğu vurğulanıb.
#İlham Əliyev teqi istifadə olunub
- Neft və qaz qiymətlərinin yüksəlişi bir çox problemlər yaradır | Prezidentdən açıqlama - Baku TV
- Qlobal Bakı Forumu nüfuzlu beynəlxalq platformaya çevrilir - Baku TV
- İlham Əliyev hazırda dünyada baş verənlərə münasibət bildirdi - Baku TV
- Sülhə nail olmanın Azərbaycan təcrübəsi | "Biz bundan əziyyət çəkirdik..." - Baku TV
- İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı - Baku TV
