Pleyeri seçin:

QAİ Fransanın Ermənistandakı səfirinin destruktiv mövqeyinə qarşı bəyanat yaydı

09 may 2024 828 baxış

Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin məsuliyyətsiz və destruktiv fikirlərinə etiraz edib.

İcmanın yaydığı bəyanatda bildirilib ki, Fransanın Ermənistandakı səfiri, Azərbaycanofob Olivye Dekotini “Azadlıq” radiosunun erməni xidmətinə mayın 8-də verdiyi müsahibəsində bir daha məsuliyyətsiz və destruktiv bəyanatlar səsləndirərək regiondakı vəziyyəti gərginləşdirməyə və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət dinamikanı pozmağa çalışıb.

"Azərbaycanın guya Ermənistan ərazilərini işğal altında saxladığını və hücum niyyətində olduğunu iddia edən səfir yaxşı bilir ki, bütün bunlar Fransanın Cənubi Qafqaza soxulması, Ermənistana silah satışına haqq qazandırmaq üçün ortaya atdığı uydurmadır.

O.Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması ilə bağlı sərsəmləməsi ilə əlaqədar olaraq İcma ilk növbədə Fransanın Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyini qınayır.

Bundan əlavə, “beynəlxalq instansiyalar” təkcə İslamofob, korrupsioner Avropa Parlamenti deyil. “Beynəlxalq instansiyalar” həm də bu günlərdə keçirilmiş Bancul sammitində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı barədə birmənalı qərar verən İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan 57 ölkədir", – İcmanın bəyanatında qeyd olunub.

Diqqətə çatdırılıb ki, O.Dekotinin Parisin məsləhətləşmə üçün geri çağırdığı və təkrar Bakıya geri göndərdiyi səfir Ann Buyonun harada olması barədə suala verdiyi cavab bütün diplomatik normalardan kənar, ucuz və cılız xarakter daşımaqla, onun şəxsən özünün və Fransanın destruktiv yanaşmasını ortaya qoyur:

"Faktiki olaraq Fransa siyasiləşmiş erməni kilsəsinin və “ruhaniləri”nin hazırda Ermənistanda apardıqları dini radikalizmini, revanşizmi və anti-sülh fəaliyyətini dəstəkləyir.

Fransız səfirin “ermənidən çox erməni” olmaq istəyi, Azərbaycanın əleyhinə yersiz “atmacalar”ı, özünü “dövrün Taleyran”ı hesab etməsi acınacaqlıdır. Qərbi Azərbaycan İcması Fransandan destruktiv siyasətindən əl çəkməyi, regionda vəziyyəti gərginləşdirməməyi və sülhə mane olmamağı tələb edir”.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 828 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 828 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 828 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 828 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 828 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 828 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 828 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 828 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 828 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 828 baxış
Seçilmişlər
icon