Pleyeri seçin:

Qana Respublikasının Prezidenti Bakıda | Müzakirə olunan məsələlər

12 noyabr 2024 331 baxış

Prezident İlham Əliyev noyabrın 12-də Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo ilə görüşüb.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirak etdiyinə görə Nana Addo Dankua Akufo-Addoya minnətdarlığını bildirib.

Dövlət başçısı qeyd edib ki, Qana Prezidentinin ölkəmizə bu səfəri əlaqələrimizin perspektivlərinin və əməkdaşlığımızın mümkün istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradır.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Nana Addo Dankua Akufo-Addo bu tədbirə dəvətə görə minnətdarlığını bildirib və onun yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla vurğulayıb.

Qana Prezidenti qeyd edib ki, dövlət başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu və dolğun çıxışı dərin təəssürat yaradıb. Qonaq bu tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin inciləri ilə də tanış olmaq imkanı əldə etdiyini bildirib.

Söhbət zamanı Azərbaycan ilə Qana arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub, iqtisadiyyat, biznes əlaqələri, sərmayə qoyuluşu, beynəlxalq təşkilatlarda əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Münasibətlərimizi, o cümlədən iqtisadi əlaqələri inkişaf etdirmək üçün müxtəlif sahələri əhatə edən nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Görüşdə elm və təhsil sahəsində əməkdaşlığa toxunularaq, Qanadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları və bu təhsildən çox məmnun qaldıqları bildirilib.

Banner
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 331 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 331 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 331 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 331 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 331 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 331 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 331 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 331 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 331 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 331 baxış
Seçilmişlər
icon