Pleyeri seçin:

“Qarabağı geri qaytaran Azərbaycan gürcülər üçün nümunədir” | BİZDƏN NƏ DANIŞIRLAR?

24 iyun 2024 239 baxış

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.

Türkiyənin “Anadolu” agentliyində “Prezident İlham Əliyev: Azərbaycan planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir” başlıqlı xəbər dərc olunub.

Məqalədə artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizənin qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasında olduğu, bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadlarının ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və yaşam tərzlərinə əhəmiyyətli dərəcədə təsir göstərdiyi qeyd olunur.

Türkiyənin “Daily Sabah” nəşri “Azərbaycan və Türkiyə energetika, nəqliyyat və iqtisadi sahələrdə qarşılarına yeni hədəflər qoyublar” başlıqlı məqalə dərc edib.

Ukraynanın “New Voice” nəşrində dərc olunan “Gürcülərin gözü qarşısında Qarabağı özünə qaytarmış Azərbaycan var” başlıqlı məqalədə Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos yazır:

“Gürcülər öz ərazilərini – Abxaziyanı, Cənubi Osetiyanı geri qaytarmaq arzusundadırlar, lakin bunu güc yolu ilə edə bilmirlər. Amma onların gözü qarşısında Qarabağı özünə qaytarmış Azərbaycan var.

Onlar görürlər ki, İlham Əliyev şərti desək, Rusiyanın da dəstəyinə arxalanaraq uğurlu siyasət yürüdür, Azərbaycan xalqının ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi arzusunu qısa müddətdə həyata keçirdi. Üstəlik, indi İ.Əliyev Avropa, Türkiyə və Rusiya arşında tamamilə effektiv manevrlər edərək, demək olar, müstəqil siyasət yürüdür. Gürcülərdə də “gəlin, biz də belə edək” istəyi yarana bilər”.

Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Siyasət
19 dekabr 2025 239 baxış
Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 239 baxış
Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Siyasət
19 dekabr 2025 239 baxış
Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
19 dekabr 2025 239 baxış
ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV

ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib - Baku TV

Siyasət
19 dekabr 2025 239 baxış
Putin müharibənin taleyi barədə danışdı - Baku TV

Putin müharibənin taleyi barədə danışdı - Baku TV

Siyasət
19 dekabr 2025 239 baxış
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - Baku TV

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - Baku TV

Siyasət
19 dekabr 2025 239 baxış
Azərbaycandan Ermənistana göndərilən yanacaq Biləcəridən yola salınıb - Baku TV

Azərbaycandan Ermənistana göndərilən yanacaq Biləcəridən yola salınıb - Baku TV

Siyasət
19 dekabr 2025 239 baxış
Rəsmi Bakının müstəqil Yaxın Şərq siyasəti - Baku TV

Rəsmi Bakının müstəqil Yaxın Şərq siyasəti - Baku TV

Siyasət
19 dekabr 2025 239 baxış
Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV

Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV

Siyasət
18 dekabr 2025 239 baxış
Seçilmişlər
icon