Pleyeri seçin:

Qərbi Azərbaycan İcması avropa şurasının ədalətsiz açıqlamasını pislədi

28 avqust 2023 497 baxış

Qərbi Azərbaycan İcması Avropa Şurasının insan hüquqları üzrə komissarı Dünya Miyatoviçin 2023-cü il 28 avqust tarixli ədalətsiz açıqlamasını pisləyib. Bu barədə İcmadan məlumat verilib.

İcmanın açıqlamasında vurğulanıb ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur:

"Ermənistanın ən azı sözdə Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra bəzilərinin hələ də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsiz münasibət bəsləməsi bir sıra suallar doğurur. Komissarı gələcəkdə “Azərbaycanın Qarabağ bölgəsi” ifadəsindən istifadə etməyə çağırırıq.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olduqdan sonra daim Ermənistan işğalının humanitar, insan hüquqları ilə bağlı fəsadlarını təşkilatda qaldırır, lakin hər dəfə “Biz siyasi təşkilat deyilik, bu kimi məsələlərə qarışmırıq” kimi standart, qəbuledilməz cavablar alırdı. Bəs indi Azərbaycan öz ərazilərini azad etdikdən sonra nə üçün eyni təşkilat və eyni rəsmilər artıq tamamilə fərqli mövqedən çıxış edirlər?!

2018-ci ildən komissar olan Dünya Miyatoviç nə üçün bircə dəfə Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə, 1 milyon azərbaycanlının qovulması ilə bağlı narahatlığını ifadə etməmişdir?

Azad edilmiş ərazilərdə bir-birinin ardınca kütləvi məzarlıqlar aşkar olunur. Kütləvi məzarlıqlarda aşkar edilmiş insan qalıqları əsasında 30 ildən sonra kimliyi müəyyən edilmiş bir neçə Azərbaycan hərbçisi bu günlərdə dəfn edilib. Kütləvi məzarlıq bir anlayış olaraq özündə insan hüquqlarının kobud şəkildə pozulmasını ehtiva edir. Niyə bu məsələyə dair narahatlığınızı ifadə etmirsiniz? Qarşıdan 30 avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər günü gəlir. Bəlkə, Ermənistanı kütləvi məzarlıqların koordinatlarını Azərbaycana təqdim etməyə çağırasınız?

2020-ci ildən bəri 300-dən çox azərbaycanlı Ermənistanın mina terrorunun qurbanı olub. Bəs bunlara siz komissar kimi nə vaxt münasibət bildirəcəksiniz?

Avropa Şurasının insan hüquqları üzrə komissarı Azərbaycanın Qarabağ bölgəsinə yox, qərbi azərbaycanlıları öz dədə-baba yurdlarından deportasiya etmiş, onların qayıdış hüququnu inkar edən Ermənistana səfər etməlidir. Bəlkə, qərbi azərbaycanlıların dağıdılmış məscidləri, qəbiristanlıqları ziyarət etməsinə imkan yaratmaq üçün Ermənistana çağırış edəsiniz?

Qərbi Azərbaycan İcması komissarı ikili standartların əsiri olmamağa və özünün müstəqilliyini qorumağa çağırır".

Banner
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 497 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 497 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 497 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 497 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 497 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 497 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 497 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 497 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 497 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 497 baxış
Seçilmişlər
icon