"Dünya şəhərlərinin inkişaf modelləri məhz Azərbaycanda müzakirə olunur" | Hikmət Hacıyev - Baku TV
“Azərbaycan bu gün dünya urbanizasiya gündəliyinin formalaşdığı əsas məkanlardan biridir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün insanların fəaliyyətinin əsas hissəsi şəhərlərdə cəmləşir və dünya şəhərlərinin problemləri, çağırışları, eləcə də inkişaf modelləri məhz Azərbaycanda müzakirə olunur.
“Həmçinin Azərbaycan şəhərsalma baxımından işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri kontekstində dünya üçün olduqca maraqlı, unikal və digər ölkələrin də öyrənə biləcəyi bir nümunə təqdim edir”, – deyə H.Hacıyev vurğulayıb.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Hikmət Hacıyev “Haber Global”a mühüm açıqlamalar verdi - Baku TV
- “Haber Global” IV Şuşa Qlobal Media Forumu ilə bağlı süjet hazırladı - Baku TV
- “Gənclərin sosial mediada və mətbuatda yerinə diqqət çəkməliyik” | Hikmət Hacıyev - Baku TV
- Hikmət Hacıyevin Ermənistana səfəri "Haber Global"ın gündəmində | Nələr müzakirə edildi? - Baku TV
- Ermənistanda vacib görüş | Nələr müzakirə edildi? - Baku TV
