Pleyeri seçin:

"Sülh nailiyyəti tarixi xarakter daşıyır" | Zelenski İlham Əliyevi təbrik etdi

10 avqust 2025 188 baxış

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlət başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunan nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanan bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.

Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.

Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

Siyasət
17 dekabr 2025 188 baxış
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 dekabr 2025 188 baxış
“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

Siyasət
16 dekabr 2025 188 baxış
AHİK-in sədri Sahib Məmmədovdan hesabat

AHİK-in sədri Sahib Məmmədovdan hesabat

Siyasət
16 dekabr 2025 188 baxış
Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Siyasət
16 dekabr 2025 188 baxış
Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Siyasət
16 dekabr 2025 188 baxış
Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara od püskürdü - Baku TV

Deputat Əli Kərimlinin müdafiəsinə qalxanlara od püskürdü - Baku TV

Siyasət
16 dekabr 2025 188 baxış
Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Siyasət
16 dekabr 2025 188 baxış
Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb

Milli Şuranın sədri Cəmil Həsənli DTX-yə yenidən çağırılıb

Siyasət
16 dekabr 2025 188 baxış
Nazirlər Kabinetinin Həmkarlar İttifaqları Konfederasiyası ilə tərəfdaşlığı

Nazirlər Kabinetinin Həmkarlar İttifaqları Konfederasiyası ilə tərəfdaşlığı

Siyasət
16 dekabr 2025 188 baxış
Seçilmişlər
icon