Pleyeri seçin:

Rusiyalı deputatdan Bakıda mühüm mesaj | Səbrsizliklə gözləyirik!

09 iyul 2025 655 baxış

Hətta ən yaxın ailədə də bəzən gərginlik olur. Əminəm ki, Rusiya və Azərbaycan ümumi anlaşmaya gələcək. Görürük ki, fikir ayrılığımız bir çox düşmənlərimizin faydasınadır. Vəziyyətə baxmayaraq, biz bu mərhələni keçəcəyik.

Bunu “Moskva-Bakı”ya müsahibəsində Rusiya Dövlət Dumasının üzvü İrina Rodnina deyib.

“Xalqlarımız arasında sadə insani münasibətlər çox önəmlidir. Onlar olub, var və olacaq. Azərbaycanda çoxlu dostum var. İndi Rusiya-Azərbaycan münasibətlərində yaranmış vəziyyət, şübhəm yoxdur, perspektivdə heç cür əks olunmayacaq. Rusiya ilə Azərbaycan arasında baş verənlər xoşagəlməzdir. Lakin bu, yekun nəticə deyil. Qarşılıqlı anlaşma, həll yolları axtarışı və barışıq gələcək.

Hamı təsdiq edər ki, Vladimir Putinlə İlham Əliyev arasında çoxdan yaxşı münasibətlər var. Heydər Əliyev təkcə sovet dövründə deyil, həm də Rusiya ilə Azərbaycan arasında münasibətlərin müasir tarixində Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermiş, onların inkişaf vektorunu qoymuşdur.

Son illər əlaqələrimizin inkişafını çox müsbət kimi xarakterizə etmək olar. 2022-ci ildə Rusiya və Azərbaycan müttəfiqlik haqqında Bəyannamə imzalayıb. Son dərəcə vacib sənəddir və buna əməl etməyə çalışırıq. MDB-yə üzv dövlətlər arasında gənc həmvətənlərin beynəlxalq oyunlarını, beynəlxalq məktəb idmanları festivalını keçiririk. Azərbaycanlılar gəlirlər. Biz onları ‒ Azərbaycan nümayəndələrini həmişə səbirsizliklə gözləyirik”, ‒ o bildirib.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 655 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 655 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 655 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 655 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 655 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 655 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 655 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 655 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 655 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 655 baxış
Seçilmişlər
icon