Siyasət
Pleyeri seçin:

Rusiyanın dünyaya meydan oxuyan hər kəsdən gizlətdiyi silahı | "Qiyamət günü" bombası

19 oktyabr 2024 27 baxış

Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda nüvə silahından daha güclü olan silahlardan bəhs olunub.

Qeyd olunub ki, açıq mənbələrdə uran-plutonium əsaslı nüvə silahından daha güclü silahların mövcudluğu inkar edilmir. Hərçənd ki, onların özlərinin də nüvə silahı sayılıb-sayılmadığı birmənalı deyil. Bu baxımdan diqqətçəkən ilk silah hidrogen bombalarıdır.

Başqa deyimlə termonüvə silahı kimi də tanınan hidrogen bombaları uran-plutonium əsaslı nüvə silahları ilə eyni dağıdıcı amillərə malik olmaqla onlardan daha böyük potensial partlayış gücünə sahibdir. Hidrogen bombasının dağıdıcı gücü yüngül elementlərin daha ağır elementlərə nüvə sintezi reaksiyasından ayrılan enerjidən istifadə edilməsinə əsaslanır.

Standart nüvə silahından daha güclü silah kimi 1956-1961-ci illərdə keçmiş Sovetlər Birliyində hazırlanan "Çar bomba" adlandırılan "AN602" aviasiya bombası da olduqca məşhurdur. Adıçəkilən bomba indiyədək bəşər tarixində istehsal olunan ən güclü partlayıcı qurğudur və sınaqdan keçirilən ən güclü termobarik qurğu kimi "Ginnesin rekordlar kitabı"na daxil edilib.

ABŞ Silahlı Qüvvələrinin arsenalında olan "Massive Ordnance Air Blast" (MOAB) bombası da öz növbəsində bütün bombaların "anası" adlanır. 2003-cü ildə ilk dəfə sınaqdan keçirilən bu bomba yarandığı dövrdə Amerika arsenalında ən güclü qeyri-nüvə silahı hesab olunub.

Adi nüvə silahından daha güclü silahlar sırasına həmçinin "Cobalt" bombaları da aid edilir. Bu bombalar nisbətən zəif nüvə partlayışı ilə belə ərazinin güclü radioaktiv çirklənməsinə səbəb olan nüvə silahının nəzəri modifikasiyasıdır. "Cobalt" bombasının əsas məhvedici amili qurbanlarının xarici və daxili şüalanması və onun radiasiya xəstəliyindən sonrakı ölümüdür.

1950-ci ildə Amerikalı fizik Leo Szilard tərəfindən irəli sürülən "Cobalt" bombası ideyası bütün dünyanı dağıda bilmə potensialına görə "Qiyamət günü" maşını kimi də tarixə düşüb.

Bu silahın əsas özəlliyi onun daşınmasına ehtiyac qalmamasıdır. Yəni bu bombaya sahib ölkə onu sadəcə öz ərazisində partlatmaqla bütün dünyanı məhv edə bilər. Rəsmi olaraq "Cobalt" bombası hələlik istehsal edilməmiş silah sayılır.

İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində qarşılanma anı

İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində qarşılanma anı

Siyasət
13 yanvar 2025 27 baxış
Ermənistanda törədilən cinayətlərin sübutu olan videonu kim üzə çıxardı? - BAKU AKTUAL

Ermənistanda törədilən cinayətlərin sübutu olan videonu kim üzə çıxardı? - BAKU AKTUAL

Siyasət
13 yanvar 2025 27 baxış
Sən Baş nazirsən, yoxsa...? | Paşinyan onu tənqid edən şəxsə görün nələr dedi

Sən Baş nazirsən, yoxsa...? | Paşinyan onu tənqid edən şəxsə görün nələr dedi

Siyasət
13 yanvar 2025 27 baxış
İsraildə yüksək vəzifə tutan bu şəxs Azərbaycana səfir təyin edildi

İsraildə yüksək vəzifə tutan bu şəxs Azərbaycana səfir təyin edildi

Siyasət
13 yanvar 2025 27 baxış
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

Siyasət
13 yanvar 2025 27 baxış
Ermənistanın Azərbaycana qarşı planı ifşa edildi | Sensasiyalı görüntülər

Ermənistanın Azərbaycana qarşı planı ifşa edildi | Sensasiyalı görüntülər

Siyasət
13 yanvar 2025 27 baxış
Paşinyandan tənqidlərə cavab | Yeni virusla bağlı son durum | Sülh barədə yeni açıqlama - SALAM BAKU

Paşinyandan tənqidlərə cavab | Yeni virusla bağlı son durum | Sülh barədə yeni açıqlama - SALAM BAKU

Siyasət
13 yanvar 2025 27 baxış
Bizə ildə 1,3 trilyon dollar verin! - Cənubi afrikalı nazirdən açıqlama | RƏSMİLƏR

Bizə ildə 1,3 trilyon dollar verin! - Cənubi afrikalı nazirdən açıqlama | RƏSMİLƏR

Siyasət
12 yanvar 2025 27 baxış
Serbiya Prezidenti Azərbaycana təşəkkür etdi | Vuçiçdən paylaşım

Serbiya Prezidenti Azərbaycana təşəkkür etdi | Vuçiçdən paylaşım

Siyasət
12 yanvar 2025 27 baxış
Tramp dövründə Azərbaycanı nə gözləyir? - BAKU AKTUAL

Tramp dövründə Azərbaycanı nə gözləyir? - BAKU AKTUAL

Siyasət
12 yanvar 2025 27 baxış
Seçilmişlər
icon