Pleyeri seçin:

Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib - Baku TV

12 may 2026 454 baxış

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

Bu barədə məlumat Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Telefon danışığı zamanı liderlər Azərbaycan və Pakistan arasında qardaşlıq və strateji əlaqələri bir daha təsdiqləyərək enerji, ticarət və insanlararası təmaslar daxil olmaqla əsas sahələrdə əməkdaşlığın davamlı genişlənməsini məmnunluqla qeyd ediblər", – məlumatda qeyd olunub.

Şahbaz Şərif qlobal şəhərsalma gündəliyinin irəlilədilməsində Azərbaycanın ev sahibi kimi rolunu qeyd edərək Bakıda qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və onun şəhərsalma gündəliyi üzrə aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini vurğulayıb.

Şahbaz Şərif təxirəsalınmaz işləri səbəbindən tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın Forumda layiqincə təmsil olunmasını təmin etdiyini qeyd edib.

Liderlər Yaxın Şərqə xüsusi diqqət yetirməklə regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi istiqamətində uğurlu təşəbbüslərini və gərginliyin azaldılması səylərini çox yüksək qiymətləndirərək bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq inamı əks etdirdiyini qeyd edib.

Liderlər sıx əlaqədə qalmaq barədə razılığa gəliblər. Ş.Şərif Azərbaycan Prezidentini Pakistana səfərə dəvət edib və Prezident İlham Əliyev bu dəvəti minnətdarlıqla qəbul edib.

Banner
Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Avropa institutları yeni reallıqlara niyə uyğunlaşa bilmir?

Siyasət
16 oktyabr 2026 454 baxış
Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI

Türkiyə-Ermənistan sərhədi açılsa, sərnişin və yük daşımaları bərpa olunacaq? - Baku TV CANLI

Siyasət
16 oktyabr 2026 454 baxış
“Belə məsələni qaldırmaları gülüncdür” | Beynəlxalq təşkilatlar niyə ədalətli davranmır? - Baku TV

“Belə məsələni qaldırmaları gülüncdür” | Beynəlxalq təşkilatlar niyə ədalətli davranmır? - Baku TV

Siyasət
16 oktyabr 2026 454 baxış
Ermənistanın keçmiş rəhbərliyi üçün tarixi hesabat anı yaxınlaşır? - AKTUAL GÜNDƏM

Ermənistanın keçmiş rəhbərliyi üçün tarixi hesabat anı yaxınlaşır? - AKTUAL GÜNDƏM

Siyasət
16 oktyabr 2026 454 baxış
AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global"dan detallar

AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global"dan detallar

Siyasət
16 oktyabr 2026 454 baxış
Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Zelenski və Tramp arasında gərginlik | ABŞ və İsraildən İrana yeni zərbə planı - YENİ BİR SƏHƏR

Siyasət
16 oktyabr 2026 454 baxış
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xətti ilə bağlı video paylaşılıb

Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xətti ilə bağlı video paylaşılıb

Siyasət
15 oktyabr 2026 454 baxış
Asiyada etimad və əməkdaşlıq | AQEM-in 7-ci Zirvə Görüşü Bakıda baş tutdu - Baku TV

Asiyada etimad və əməkdaşlıq | AQEM-in 7-ci Zirvə Görüşü Bakıda baş tutdu - Baku TV

Siyasət
15 oktyabr 2026 454 baxış
Bakı məhkəməsində Nürnberq paraleli: Qərbə sərt mesaj! - AKTUAL GÜNDƏM

Bakı məhkəməsində Nürnberq paraleli: Qərbə sərt mesaj! - AKTUAL GÜNDƏM

Siyasət
15 oktyabr 2026 454 baxış
Azərbaycan və Qazaxıstan prezidentləri arasında ikitərəfli görüş keçirilib - Baku TV

Azərbaycan və Qazaxıstan prezidentləri arasında ikitərəfli görüş keçirilib - Baku TV

Siyasət
15 oktyabr 2026 454 baxış
Seçilmişlər
icon