Pleyeri seçin:

Sahibə Qafarova Gürcüstan Prezidenti və Baş naziri ilə görüşdü | Mühüm müzakirələr aparıldı

11 mart 2025 451 baxış

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixail Kavelaşvili ilə görüşüb.

Gürcüstan Prezidenti bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparılıb, möhkəm, tarixi əsaslara malik münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub.

Spiker Sahibə Qafarova martın 10-da iki ölkənin parlamentləri arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edərək bu sənədin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə həmçinin ölkələrimizin üçtərəfli formatda da uğurlu əməkdaşlıq əlaqələrinin olduğu diqqətə çatdırılaraq, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının həm ölkələrimizə, həm də regiona qazandırdığı faydalar ifadə edilib.

Səfər çərçivəsində spiker Sahibə Qafarova Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşüb. Söhbət zamanı qeyd olunub ki, ölkələrimiz arasında nümunəvi siyasi əlaqələr bütün digər sahələrdə, o cümlədən iqtisadi sferada uğurlu münasibətlərin təmin olunmasını şərtləndirib.

Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə də imkan yaradıb ki, bu gün bu layihələr nəinki Cənubi Qafqazda, o cümlədən daha geniş regionda mühüm amilə çevrilib.

Görüşdə həmçinin qeyd olunub ki, regionun gələcək inkişafı üçün daimi sülh və sabitliyin təmin olunması vacibdir. Tərəflər ikili standartların, ölkələrə qarşı təzyiq cəhdlərinin, ədalətsiz və qərəzli yanaşmaların yolverilməzliyini də ifadə ediblər.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 451 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 451 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 451 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 451 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 451 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 451 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 451 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 451 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 451 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 451 baxış
Seçilmişlər
icon