Pleyeri seçin:

Şahin Mustafayev və Mher Qriqoryan görüşdü | Hansı məsələdə razılığa gəldilər?

16 yanvar 2025 461 baxış

Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV

Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV

Siyasət
22 sentyabr 2026 461 baxış
İran aviaşirkətlərinin Azərbaycana reysləri hansı səbəbdən dayandırıldı? - Baku TV CANLI

İran aviaşirkətlərinin Azərbaycana reysləri hansı səbəbdən dayandırıldı? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 461 baxış
Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV

Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV

Siyasət
22 sentyabr 2026 461 baxış
Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV

Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV

Siyasət
22 sentyabr 2026 461 baxış
Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV

Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV

Siyasət
22 sentyabr 2026 461 baxış
İlham Əliyev dağ-mədən sənayesinin qarşısındakı əsas maneələrdən danışdı - Baku TV

İlham Əliyev dağ-mədən sənayesinin qarşısındakı əsas maneələrdən danışdı - Baku TV

Siyasət
22 sentyabr 2026 461 baxış
Minilliklərin izi tapıldı: Şahbulaq barədə iddiaları dağıdan tapıntılar - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Minilliklərin izi tapıldı: Şahbulaq barədə iddiaları dağıdan tapıntılar - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Siyasət
22 sentyabr 2026 461 baxış
“Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM

“Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM

Siyasət
22 sentyabr 2026 461 baxış
Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV

Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV

Siyasət
22 sentyabr 2026 461 baxış
Üç qardaş ölkə birgə hərbi təlimlər keçirəcək

Üç qardaş ölkə birgə hərbi təlimlər keçirəcək

Siyasət
22 sentyabr 2026 461 baxış
Seçilmişlər
icon