Pleyeri seçin:

Sakinlər səhv seçim edərsə, nə baş verəcək? | Gürcüstanda seçkilərə son bir gün

25 oktyabr 2024 123 baxış

25 oktyabr Gürcüstanda sükut günüdür.

Ölkə əhalisi bir gün sonra növbəti parlament seçkilərində səs verəcək.

Baku TV qonşu dövlətin Cənubi Qafqaz ölkələri arasında tutacağı yerlə bağlı Gürcüstan vətəndaşlarından müxtəlif təbəqələrin fikirlərini öyrənməyə çalışıb.

Ölkənin 3,7 milyon əhalisinin müəyyən bir hissəsi Avropa İttifaqı və NATO-ya üzv olmaqla Qərbə yaxınlaşmanı, digər hissəsi isə Rusiya ilə münasibətlərin inkişafına üstünlük verən “Gürcü Arzusu”nun siyasətini dəstəkləyir, Ukraynanın taleyinin Gürcüstanda təkrarlanmasından ehtiyat edirlər.

75 yaşlı Oleq Maçavarianinin evi 2008-ci ildə separatçı regionlar – Cənubi Osetiya və Abxaziya uğrunda 5 gün davam edən və Gürcüstanın məğlubiyyəti ilə başa çatan müharibə meydanının yaxınlığındadır.

Onun sözlərinə görə, səhv seçim olsa, Gürcüstan müharibənin içinə daxil olacaq:

“Qəti şəkildə hazırkı Gürcüstana, cənab Bidzina İvanişviliyə inanırıq. Müxalifət qalib gəlsə, müharibəyə cəlb ediləcəyik. Biz artıq 2008-ci ildə bir müharibədən keçmişik, başqa müharibə olsa, iqtisadi inkişafımız olmayacaq, sülh olmayacaq. 1990-cı illərə geri dönəcəyik, gürcü xalqı buna imkan verməyəcək”.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Artıq 12 ildir hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası 4-cü dəfə qalib gəlməyə çalışacaq. “Vahid Milli Hərəkat” partiyası onun əsas rəqibi hesab olunur. Ən çox səs toplayan partiya hökuməti quracaq, baş nazir namizədini irəli sürəcək.

"Azərbaycan mədəniyyəti – 2040" konsepsiyası | Üç regional ölkədən ABŞ-yə çağırış - YENİ BİR SƏHƏR

"Azərbaycan mədəniyyəti – 2040" konsepsiyası | Üç regional ölkədən ABŞ-yə çağırış - YENİ BİR SƏHƏR

Siyasət
15 yanvar 2026 123 baxış
"Palitra" hesabının fəaliyyəti ilə bağlı yeni detallar | Sosial şəbəkələrdə gizli təbliğat - Baku TV

"Palitra" hesabının fəaliyyəti ilə bağlı yeni detallar | Sosial şəbəkələrdə gizli təbliğat - Baku TV

Siyasət
15 yanvar 2026 123 baxış
Azərbaycana qarşı təbliğat aparan erməni vətəndaşları - 24 SAAT

Azərbaycana qarşı təbliğat aparan erməni vətəndaşları - 24 SAAT

Siyasət
15 yanvar 2026 123 baxış
Misir səfirindən Fələstin üçün qlobal çağırış: "Susmaq artıq çıxış yolu deyil" | RƏSMİLƏR

Misir səfirindən Fələstin üçün qlobal çağırış: "Susmaq artıq çıxış yolu deyil" | RƏSMİLƏR

Siyasət
14 yanvar 2026 123 baxış
Rza Pəhləvi İran cəmiyyəti tərəfindən qəbul edilən fiqur deyil | Siyasi ekspert

Rza Pəhləvi İran cəmiyyəti tərəfindən qəbul edilən fiqur deyil | Siyasi ekspert

Siyasət
14 yanvar 2026 123 baxış
“Böyük” Tiqran kim idi və niyə erməni tarixinin mərkəzinə yerləşdirildi?

“Böyük” Tiqran kim idi və niyə erməni tarixinin mərkəzinə yerləşdirildi?

Siyasət
14 yanvar 2026 123 baxış
Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama

Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama

Siyasət
14 yanvar 2026 123 baxış
Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verildi - Baku TV

Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verildi - Baku TV

Siyasət
14 yanvar 2026 123 baxış
Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verildi - Baku TV CANLI

Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verildi - Baku TV CANLI

Siyasət
14 yanvar 2026 123 baxış
Prezident Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub

Prezident Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub

Siyasət
14 yanvar 2026 123 baxış
Seçilmişlər
icon