Separatçılar 40 ton unun Xankəndiyə çatdırılmasını əngəlləmək üçün yolu bağlayıblar
Qarabağdakı erməni separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yükünün Xankəndiyə çatdırılmasını əngəlləmək üçün Ağdam-Xankəndi yolu üzərində, Əsgəran qəsəbəsi yaxınlığında etiraz aksiyası keçirirlər.
Onlar faktiki olaraq yolu bloklayıblar. Guya Xankəndidə “humanitar fəlakət” yaşandığını dünyaya car çəkən ermənilərin ərzaq yükünün məhz Azərbaycandan gəlməsinə maneçilik törətməsi rasizmdir və bu davranış beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınanmalıdır
Qeyd edək ki, AzQAC tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün avqustun 29-da Bakıdan göndərilən 40 ton un yüklü iki avtomobil Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.
#Erməni separatçılar teqi istifadə olunub
- Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV
- Araik və digərlərinin məhkəməsində nələr baş verdi? - Baku TV
- Məhkəmədən gözlənilməz tələb | Arayik Harutyunyanın vəkili çıxış etdi - Baku TV
- Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib - Baku TV
- Ruben Vardanyan hökmü regional güclərə ünvanlanan sərt siqnaldır? - AKTUAL GÜNDƏM
