Pleyeri seçin:
Sərhəddə bəzi ərazilər var ki... | ABŞ-dən sülhlə bağlı vacib açıqlama
Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası ilə bağlı razılığa gəlib.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatda “Avropanın Gələcəyi” mövzusunda dinləmələr zamanı deyib.
O bildirib ki, hər iki tərəfin hələ də nəzarətdə saxladığı bəzi ərazilər var. Ancaq yəqin ki, razılaşdırılmış sərhəd xətlərinə görə geri çəkiləcəklər və bu mənada yüksək dağlıq ərazilər xüsusi maraq doğurur.
“Biz çox açıq şəkildə bildirdik ki, əgər sərhəddə hər hansı dəyişiklik olarsa, bu hər iki tərəfi qane etməlidir. Sülh sazişi ilə bağlı polemikalar gedir və eyni zamanda sərhədlərin demarkasiyası ilə bağlı digər kanallar vasitəsilə də danışıqlar davam etdirilir”, – deyə amerikalı diplomat bildirib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Braziliya Prezidenti ABŞ-nin yeni tariflərini tənqid etdi
- “Mənim üçün bu, teatr, musiqi və rəqsin kəsişməsidir” | İştirakçı
- İranla ABŞ arasında mesaj mübadiləsi aparılır
- İsrail Baş naziri ABŞ-yə səfər proqramının detallarını açıqladı - Baku TV CANLI
- İrandan ABŞ-yə xəbərdarlıq | Qırmızı dəniz yaxın vaxtlarda bloklana bilər? - Baku TV
