Pleyeri seçin:

Şərti sərhəddəki görüşün pərdəarxası məqamları

30 noyabr 2023 261 baxış

Budur, Qazax yaxınlığında Azərbaycan-Ermənistan şərti sərhədində hər iki ölkənin Baş nazir müavinləri – Şahin Mustafayevlə Mqer Qriqoryan arasında növbəti görüş baş tutub.

Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşündə delimitasiya məsələlərinin müzakirəsi davam etdirilib, bir sıra təşkilati və prosedur məsələlər nəzərdən keçirilib.

Komissiyanın növbəti iclasının Qazax yaxınlığında keçirilməsi heç də təsadüfi deyil. Azərbaycanın 8 kəndi hələ də işğal altındadır. Ermənistanın atdığı qeyri-adekvat addımlar isə tərəflər arasında sülh danışıqlarını yubadır.

Bəs görəsən, 2023-cü ilin bitməsinə sayılı günlər qaldığı dövrdə reallaşan bu görüşün hər hansı əhəmiyyəti olacaqmı?

Millət vəkili Sahib Alıyev bildirib ki, delimitasiya məhz danışıq keçirilən kəndin – Bala Cəfərlinin bir neçə kilometrliyində erməni işğalı altında olan Qazaxın 7 kəndindən başlasaydı, bu danışıqlarda irəliləyiş ola bilərdi:

“Ermənistan bununla razılaşacaqmı? Fikirləşirəm ki, yox. Amma bir məsələni xüsusi vurğulamaq istəyirəm. Azərbaycan necə öz torpaqlarını azad etdisə, bu regionda sülhü də təmin edəcək.

İndiyədək atılan addımlarda Azərbaycanın məcburetmə mexanizmi işə düşüb. Yenə də mənə elə gəlir ki, qarşı tərəf üçün ayıldıcı hər hansısa bir addım atılandan sonra onlar başa düşəcəklər ki, bu cür sülh anlaşması hər bir tərəf üçün maraqlıdır”.

Qeyd edək ki, tərəflər Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib, komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər. Həmçinin növbəti görüşün keçirilməsinin tarixi və yeri barədə razılaşıblar.  

"Super silah"lar, yoxsa "metal yığını"? - Ermənistan Ordusunu nə gözləyir? | HƏRBİ XRONİKA

"Super silah"lar, yoxsa "metal yığını"? - Ermənistan Ordusunu nə gözləyir? | HƏRBİ XRONİKA

Siyasət
08 dekabr 2025 261 baxış
Rəsmi Bakı Qəzza missiyasını dəyərləndirdi - Baku TV

Rəsmi Bakı Qəzza missiyasını dəyərləndirdi - Baku TV

Siyasət
08 dekabr 2025 261 baxış
Bakı-Moskva münasibətlərinin gedişatı | Saakaşvilidən qalmaqallı açıqlama | BİZDƏN NƏ DANIŞIRLAR?

Bakı-Moskva münasibətlərinin gedişatı | Saakaşvilidən qalmaqallı açıqlama | BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
08 dekabr 2025 261 baxış
“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Hüseynquluağalı kəndinə erməni adı verilməsinin qarşısı alınıb” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
08 dekabr 2025 261 baxış
İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü - Baku TV

İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü - Baku TV

Siyasət
08 dekabr 2025 261 baxış
Bratislavada İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb - Baku TV

Bratislavada İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb - Baku TV

Siyasət
08 dekabr 2025 261 baxış
"Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabı təqdim edildi - Baku TV

"Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabı təqdim edildi - Baku TV

Siyasət
08 dekabr 2025 261 baxış
Ulu Öndərin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolu xüsusi vurğulanıb

Ulu Öndərin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolu xüsusi vurğulanıb

Siyasət
08 dekabr 2025 261 baxış
İlham Əliyev Bratislavada belə qarşılandı

İlham Əliyev Bratislavada belə qarşılandı

Siyasət
08 dekabr 2025 261 baxış
İlham Əliyev Slovakiyaya rəsmi səfərə gedib - Baku TV

İlham Əliyev Slovakiyaya rəsmi səfərə gedib - Baku TV

Siyasət
08 dekabr 2025 261 baxış
Seçilmişlər
icon