Pleyeri seçin:

Su təminatının gücləndirilməsi üçün 5 istiqamətdən əlavə suyun gətirilməsi nəzərdə tutulub - Baku TV

13 yanvar 2026 723 baxış

"Bakı şəhəri və Abşeron yarımadasında içməli suya olan tələbatın artması və mövcud mənbələrin gələcək inkişafı nəzərə alınmaqla uzunmüddətli planlaşdırma aparılır".

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

O qeyd edib ki, hazırda Abşeron yarımadasında gündəlik orta su istifadəsi təxminən 16 kubmetr/saniyə təşkil edir, layihə gücü isə 19,1 kubmetr/saniyədir. Onun sözlərinə görə, yay aylarında bu göstərici daha yüksək səviyyəyə qalxır və Bakı şəhəri ilə Abşeron yarımadası üzrə pik tələbat 20,8 kubmetr/saniyə təşkil edir.

Z.Mikayılov bildirib ki, inkişaf proqnozlarına əsasən, 2040-cı ildə orta su tələbatının 20,7 kubmetr/saniyə, pik dövrlərdə isə – xüsusilə yayın ən isti günlərində və bəzi istiqamətlərdə suyun gəlişində problemlər yarandığı hallarda – 26,9 kubmetr/saniyə səviyyəsində olacağı gözlənilir:

"Proqram çərçivəsində yalnız şəbəkə və magistralların genişləndirilməsi deyil, eyni zamanda su mənbələrinin artırılması da nəzərdə tutulur. Bu layihələrdən biri dəniz suyunun duzsuzlaşdırılmasıdır ki, həmin layihə illik 100 milyon kubmetrdən çox içməli su istehsal edəcək. Bu isə gündəlik 3,2 kubmetr/saniyə əlavə su deməkdir".

Onun sözlərinə görə, paralel olaraq "Bakı–Şollar" xətti üzrə iki istiqamət, Kür çayı üzərində yerləşən sutəmizləyici qurğular, eləcə də Oğuz–Qəbələ su mənbəyi təkmilləşdirilərək əlavə suyun Bakıya gətirilməsi planlaşdırılır.

Z.Mikayılov vurğulayıb ki, bu tədbirlər nəticəsində pik tələbat səviyyəsinin artıq 2030-cu ildə təmin olunacağı gözlənilir, 2040-cı ilə qədər isə şəbəkə genişləndirilməsi hesabına bütün tələbat tam qarşılanacaq.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 723 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 723 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 723 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 723 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 723 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 723 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 723 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 723 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 723 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 723 baxış
Seçilmişlər
icon